VALİDEYN

Uşağınız söyüş söyürsə, belə davranın – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 1. 105

Bəzən uşağımızın pis sözlər danışdığına, hətta söyüş söydüyünə şahid oluruq. Elə isə belə hallarda necə hərəkət etməli? Və ya belə hallarda hansı addımları atmalı? Bu məsələdə yol verdiyimiz ən böyük səhvlərdən biri də uşağın ağzından pis söz eşidən kimi sərt reaksiya verməyimizdir: “Bir daha bu sözü səndən eşitməyim, yoxsa pis olar”. “Bir də belə söz desən ağzına bibər sürtərəm”. “Bu sözləri həyətdə öyrənirsən, bir də məndən icazəsiz həyətə düşməyəcəksən” və s. Bu sözlər, bəlkə də problemi müvəqqəti həll etməyə kömək edə bilər. Ancaq uşaq valideyninin yanında söyüş söyməsə də, buna mane olmayan hər hansı bir mühitə düşdükdə yenə söyüş söyməkdə davam edəcək. Yəni, burada əsas məsələ uşağın söyüş söyməyi ata-anasından qorxduğu üçün yox, pis hərəkət olduğunu başa düşdüyü üçün tərgitməsidir. İndi isə bu problemin qarşısını almaq üçün lazım olan tədbirləri nəzərdən keçirək…

Hər şeydən əvvəl uşağı söyüş söyməyə və ya ümumiyyətlə pis söz danışmağa sövq edən səbəblər araşdırılmalıdır. Buna səbəb dostlarıdırmı? Yoxsa, diqqəti cəlb etmək üçün belə edir? Bəlkə bu şəkildə daha güclü olacağını düşünür? Yoxsa, sadəcə olaraq ona maraqlı olduğu üçün söyür?

valideyn

Əgər səbəbin uşağınızın dostları olduğunu düşünürsünüzsə, onun dostları ilə əlaqələrini tamamilə kəsməyin. Əvəzində alternativ dostlar təklif edin və ya uşağınızın vaxt keçirmək imkanlarını artıraraq mühitini dəyişdirin. Beləliklə, uşaq dostlarını uzun müddət görə bilmədiyi üçün tədricən bu sözləri unudacaq.

Səbəbin diqqəti cälb etmək olduğnu düşünürsünüzsə, uşağınız söyüş söyərkən sərt reaksiya verməyin. Əks halda uşaq bununla diqqəti özünə cəlb etdiyini düşünəcək və söyüşlərinin sayını artıracaq. Ən yaxşısı, məsələni böyütməyin və uşağınız söyüş söydükdə mümkün qədər rahat davranmağa çalışın. Bununla yanaşı uşağınızın söyüş söymədiyi vaxtları müəyyənləşdirin və bu vaxtlarda ona diqqətinizi daha da artırın. Bundan başqa, uşağınıza hər dəfə nəsihət vermək əvəzinə onunla söyüşlə bağlı keçmişdə yaşadığınız hadisələri bölüşün. Əgər uşağınızın söyüş söyməsinin səbəblərini müəyyən edə bilmirsinizsə və ya müəyyən etdiyiniz səbəbin qarşısını almaqda çətinlik çəkirsinizsə, bir mütəxəssislə məsləhətləşin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir