VALIDEYN

Uşağınız sözünüzə baxmırsa, necə davranmalısınız?

Baxış sayı: 1. 181

Uşağınızın sözünüzə baxmamasından şikayət edirsiniz və bu problemi aradan qaldırmaq üçün nə edəcəyinizi bilmirsiniz? Əslində bu, o qədər də çətin deyil. Bunun üçün hər şeydən əvvəl uşağın diqqətini cəlb etməyi bacarmalı və aşağıdakı tövsiyələrə əməl etməyə çalışmalısınız…

 

– Uşaqla danışarkən ona yaxın məsafədə olmağa çalışın:

Əksər ata-analar gec-tez uşaqlara uzaq məsafədən söz deməyin heç bir mənası olmadığını başa düşürlər. Əgər uşağınızla ciddi bir məsələni müzakirə etmək istəyirsinizsə, onunla elə bir məsafədə dayanın ki, gözlərinin içinə baxa və ya diqqətini cəlb edə biləsiniz.

 

– Sözünüzü açıq deyin:

Deyəcəyiniz sözü açıq və sadə bir şəkildə ifadə etməyə çalışın. Əgər bir məsələni çox uzatsanız, uşağınızın diqqəti dağılar və sözünüzün heç bir mənası olmaz. Məsələn, “Çöl soyuqdur, paltonu geyin” demək əvəzinə “Artıq palto geymək vaxtıdır” deyin.

 

– Sözünüzün üstündə durun:

Mütləq sözünüzün üstündə durun. Uşağınıza “Sənə süd verəcəyəm” deyib əvəzində meyvə suyu gətirməyin. Sözünüzə baxmadığı üçün ona cəza verəcəyinizi demisinizsə, sözünüzü geri götürməyin. Həyat yoldaşınızın da bu qaydalara əməl etmäsinä diqqät yetirin.

 

– Sözləri tez-tez təkrarlamaqdan çəkinin:

Bir sözü tez-tez təkrarlamaqdan çəkinin. “Stəkanı stolun üstünə qoy” sözünü beş dəfə deməkdənsə, uşağınızın əlindən tutub stəkanı stolun üstünə onunla birlikdə qoyun. Beləliklə, o, nə demək istədiyinizi daha yaxşı başa düşər.

 

– Sözünüzə uyğun hərəkət etməyə çalışın:

“Artıq yatmaq vaxtıdır” dedikdən sonra işıqları söndürüb oyuncaqları yığışdırmağa başlasanız, sözünüz daha təsirli olar.

valideyn

– Xəbərdarlıq edin:

Əgər uşağınız oynamağa gedirsə, getməzdən əvvəl ona evə vaxtında gəlmək barədə xəbərdarlıq edin.

 

– Real təlimatlar verin:

“Oyuncaqlarını yığışdır” demək əvəzinə “Sarı maşınını yerdən götür” desəniz, uşağınız sizi daha yaxşı başa düşər.

 

– Həvəsləndirin:

Bəzi ata-analar sözə baxmadıqda çarəni uşaqlarının üstünə səslərini qaldırmqda görürlər. Bu yolla uşağı yola gətirmək mümkün olsa da, nəticə uzunömürlü olmur. Məsələn, uşağınıza “Dişlərini fırçalamasan, ağzında çürüklər əmələ gələr” demək əvəzinə “Əgər dişlərini hər gün fırçalasan, sənə istədiyin oyuncağı alaram” demək ona daha tez təsir edər.

 

– Yaxşı dinləyici olduğunuzu göstərin:

Məktəb yaşına qədər olan uşaqlar sizin də yaxşı dinləyici olduğunuzu bilməlidirlər. Çünki bu yaşda olan uşaqlar adətən, ata-analarından nümunə götürürlər. Bundan başqa, başqaları kimi uşağınızı da diqqətlə dinləməyə çalışın. Sizinlə danışarkən gözlərinin içinə baxın və sözünü kəsməyin. Əgər əlinizdə işiniz varsa və uşağınız sizinlə danışmaqda təkid edirsə, heç olmasa arxanızı çevirməyin.

 

– Könlünü alın:

Əgər uşağınızın qəlbinə dəyən bir şey dediyinizi düşünürsünüzsə, onu bağrınıza basın, ya da sadəcə olaraq gülümsəyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir