valideyn

Uşağınıza niyə qışqırmamalısınız? – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 260

Uşağınıza qışqırmaq istəmirsiniz? Elə isə qışqırmayın. Yəqin soruşacaqsınız ki, necə? Hər şeydən əvvəl deyək ki, səs tonunun yüksəlməsi iki halda baş verə bilər. Birincisi, doğrudan da uşaq səsinizi eşitmir və siz sözünüzü uşağınıza çatdırmaq üçün səsinizi yüksəltməli olursunuz. Bunun elə bir təhlükəsi yoxdur. İkincisi isə uşağınız səsinizi eşidir və siz uşağınıza sözünüzü çatdırmaq üçün yox, acığınızı çıxarmaq üçün qışqırırsınız. Bu, isə çox təhlükəlidir. Təbii ki, bəzi valideynlər “Qışqırmasam, məni eşitmir” və ya “Qışqırmasam, dediyimi etmir” deyəcəklər. Bu, doğrudur, çünki uşaq tədricən yüksək səs tonuna alışır və valideyn səsini yüksəltməsə, uşaq özündə cavab vermək ehtiyacı hiss etmir. Bir qədər sonra uşaq valideynlərinə, qardaş-bacılarına, hətta ətrafındakı insanlara da qışqırmağa başlayır. Bütün bunlar onu göstərir ki, uşaqlarla qışqıraraq danışmaq təhlükəlidir. Elə isə nə etməliyik?

valideyn

Hər şeydən əvvəl uşağınızla danışmağa çalışmalı və ona bundan sonra evdə yüksək səslə danışmayacağınızı izah etməlisiniz. Bunu başqa sözlə qarşılıqlı müqavilə də adlandırmaq olar. Təbii ki, bundan sonra uşağınız dərhal müqaviləyə riayət etməyə bilər. Belə hallarda səbirli olmalı və əsəblərinizi cilovlamalısınız. Bundan başqa, normal səs tonu ilə danışdıqda sizi başa düşməsi üçün uşağınıza vaxt verməlisiniz. Məsələn, televizora baxırsa, onu uzaqdan çağırmaq əvəzinə qısa bir müddətə də olsa, yanına getməli, hətta lazım gəlsə, üz-üzə dayanaraq məqsədinizi açıq şəkildə ifadə etməlisiniz. Unutmayın ki, hətta belä hallarda da uşaqdan alacağınız cavab istədiyiniz kimi olmaya bilər. Buna görə də, hazırlıqlı olmalı və verdiyiniz sözü yadda saxlamalısınız. Əgər uşağınız hələ çox kiçikdirsə, sadəcə olaraq səbirli olmaq kifayətdir. Bir qədər sonra uşağınız əvvəlki vərdişini unudacaq və onun sizi eşitməsi üçün adi səs tonu da kifayət edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir