usaq

Uşağınızdan əvvəl özünüzü tərbiyələndirin! – Valideynlər üçün!

Baxış sayı: 1. 310

Uşaqların tərbiyə olunma formaları bütün həyatlarına təsir edir.

Uşaqlarımızın ən böyük qorxusu qeyri-müəyyənlik və güvənsizlikdir.

Sərhədləri bilməyən uşaq nəyin doğru, nəyin yanlış olduğunu, doğru olanın hansı hallarda səhv ola biləcəyini bilməməyin sıxıntısını yaşayır.

Qaydalar müəyyən olmalıdır

Ailə daxilindəki qaydaları bilməyən, anlamayan uşaqlar çabalayar. Bunun sonunda ya üsyankar olar, ya şiddətə yönələr, ya da içinə qapanar.

“İstədiyin hər şeyi edə bilərsən” sözü uşağı xoşbəxt etməz. Əksinə, uşaq sərbəstliyindən  çaşaraq səhv etmək, cəzalandırılmaq qorxusu ilə nə edəcəyini bilmir.

Uşaqlar sadəcə sözə diqqət etməz. Uşağına söylədiklərinin əksinə davranan valideynlərinin hərəkətini izləyərək onları təqlid edər.

Biri ağladıb, o biri qucaqlayırsa, uşaqda güvənsizlik yaranır.

Ardıcıllıq vacibdir

Ardıcıllığın olmaması uşağın güvənini azaldır, buna görə dediklərinizlə etdikləriniz uyğunluq təşkil etməli və uşağın yanında yalançı çıxmamağa çalışmalısız.

Ana və atanın uyğunluğu da çox vacibdir. Birinin “ edə bilərsən” dediyinə o birinin cəza verməsi uşağın balansını pozur. İcazə verən tərəfə yaxınlaşıb o birinə düşmən kimi davrana bilər.

Yanlış etmək sərbəstliyi

Səhv etmək böyümənin gərəyidir. Hər uşaq bu sərbəstliyə sahib olmalıdır ki, həyat təcrübəsi qazana bilsin.

Bizdə səhv edən uşaq ilk əvvəl şillə yeyir, sonra ağlayır və sonda  ağlamasına dözməyən valideyni tərəfindən başı sığallanır.

Uşağın yanında söyüş söyən, şiddət göstərən valideynlər uşaqları eyni cür davrananda  onları günahlandırmaqdansa ilk əvvəl özünü günahlandırmalıdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir