usaq qatiller

Uşağınızın dostu yoxdursa… – VALIDEYNLƏR OXUSUN!

Baxış sayı: 619

Əgər uşağınızın dostu yoxdursa, bunun müxtəlif səbəbləri ola bilər. Buna görə də, valideyn ilk növbədə bu səbəbi düzgün müəyyən etməli və lazım olan tədbirləri həyata keçirməlidir. Əks halda, uşağınızın dostsuz keçirdiyi hər saat uşağınızın asosial yetişməsinə səbəb ola bilər. Digər tərəfdən, bu cür uşaqlar özlərinə necə dost seçəcəklərini bilməyə bilərlər. Həmçinin, yeni mühitə daxil olmaq və ya yeni mühitdəki insanlarla ünsiyyət qurmaq da bu cür uşaqlar üçün problem ola bilər. Buna görə də, uşaq özünə dost seçə bilməz. Belə hallarda valideyn həyatındakı bəzi təcrübələri uşağı ilə bölüşməli və təkid etməmək şərti ilə onu yeni mühitə daxil olmaq üçün həvəsləndirməlidir.

usaq

Əgər səbəb özünəinamsızlıqdırsa…

Özünəinamsızlıq problemi də uşaqların dost tapmasına mane olan əsas problemlərdən biridir. Bu uşaqlar hətta çox istəsələr belə, yeni mühitdə qəbul edilməməkdən qorxduqları üçün həmişə oyundan kənarda qalırlar. Buna görə də, ilk növbədə, uşağınızda mövcud olan özünəinamsızlıq probleminin səbəbi müəyyən edilməli və bu problemi həll etmək üçün tədbirlər həyata keçirilməlidir. Uşaq bu problemini həll edə bilərsə, onda dost tapması üçün də heç bir problemi qalmaz.

Digər tərəfdən, uşaq yaşadığı mühitdə ciddi problemlərlə qarşılaşdıqda da dost tapmaqda çətinlik çəkə bilər. Buna görə də, uşağınızın yaşadığı mühiti araşdırılmalı və uşağınızın dost tapmasına mane olan bir səbəb varsa, müəyyən olunmalıdır. Məsələn, məktəbdə dostu olmayan uşağın dost tapa bilməməsinə səbəb ona qoyulan hər hansı pis ad və ləqəb ola bilər. Buna görə də, uşağa mane olan bu səbəblər müəyyən olunmalı və aradan qaldırılmalıdır.

USAQ

Uşağın dost tapa bilməməsinə mane olan səbəblərdən biri də ailə ola bilər. Belə ki, ailə də uşağın yeni mühitə daxil olmasına müdaxilə edərək (təbii ki, ilk növbədə uşaqlarını qorumaq məqsədi ilə) onun dost tapmasına mane ola bilər. Beləliklə, bu uşaqlar gələcəkdə də yeni mühitə daxil olmaqda çətinlik çəkə və yeni insanlarla tanış olmaqdan narahat ola bilərlər. Bu da onların dost tapmalarına və sosiallaşmalarına mane ola bilər.

Bəzən də uşaqlar ətraflarındakı uşaqları özlərinə uyğun hesab etmədikləri üçün dost tapmaqda çətinlik çəkirlər. Adətən, belə uşaqlara müdaxilə etmək olmaz. Və hətta belə uşaqları problemli uşaqlar siyahısına da daxil etmək olmaz…

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir