Uşaq­la­ra mü­ha­ri­bə­ni ne­cə ba­şa sal­maq la­zım­dır? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 1. 919

Uşaq­la­rı ne­qa­tiv in­for­ma­si­ya­dan qo­ru­ma­ğa ça­lış­saq da, on­lar mü­ha­ri­bə­nin nə ol­du­ğu­nu, düş­mən­lə­ri­mi­zin kim­li­yi­ni bil­mə­li­dir­lər. On­lar­da mü­ha­ri­bə haq­qın­da ya­ra­nan su­al­la­ra düz­gün, qav­ra­ma sə­viy­yə­si­nə uy­ğun ca­vab ve­ril­mə­li­dir. Ca­vab­sız qa­lan su­al­lar uşaq­lar­da mü­ha­ri­bə haq­qın­da yan­lış tə­səv­vür ya­ra­dar və re­al­lı­ğı düz­gün qə­bul et­mə­yə ma­neə tö­rə­dər.
Psi­xo­loq Də­ya­nət Rza­yev he­sab edir ki, müa­sir uşaq­lar çox mə­lu­mat­lı ol­duq­la­rın­dan, on­la­ra mü­ha­ri­bə haq­qın­da da­nış­ma­ğa o qə­dər də eh­ti­yac yox­dur. “Bu gün uşaq­lar in­for­ma­si­ya axı­nı döv­rün­də ya­şa­yır. Gün ər­zin­də çox­lu in­for­ma­si­ya ilə qar­şı­la­şır­lar. Mü­ha­ri­bə haq­qın­da top­la­nı­lan in­for­ma­si­ya da təd­ri­cən on­lar­da mü­ha­ri­bə haq­qın­da bi­lik­lə­ri for­ma­laş­dı­rır və mü­ha­ri­bə haq­qın­da tə­səv­vür ya­ra­dır”.
D.Rza­yev bil­di­rir ki, uşaq­lar­da mü­ha­ri­bə haq­qın­da mü­əy­yən su­al­lar ya­ra­nır və bu su­al­lar­la on­lar əsa­sən va­li­deyn­lə­ri­nə mü­ra­ci­ət edir­lər: “Va­li­deyn­lər bə­zən be­lə su­al­la­ra düz­gün ca­vab ver­mək­də çə­tin­lik çə­kir. Uşaq­la­rın su­al­la­rı­nı ca­vab­sız qoy­maq ol­maz, on­la­ra mü­ha­ri­bə haq­qın­da mə­lu­mat ver­mək la­zım­dır. Am­ma mü­ha­ri­bə­nin ölüm-itim, dəh­şət do­lu tə­rəf­lə­ri haq­qın­da de­yil, və­tən­pər­vər­lik, və­tə­ni qo­ru­maq haq­qın­da tə­səv­vür ya­ra­dıl­ma­lı­dır. Do­la­yı­sı yol­la baş­qa bir əh­va­la­tı da­nı­şa­raq uşa­ğa mü­ha­ri­bə­nin nə ol­du­ğu­nu, nə üçün apa­rıl­dı­ğı­nı ba­şa sal­maq olar”.
Rza­ye­vin fik­rin­cə, müa­sir uşaq­lar mü­ha­ri­bə­nin nə ol­du­ğu­nu mü­əy­yən qə­dər bi­lir­lər: “Mək­təb­də mü­əl­lim­lər bu haq­da da­nı­şır­lar. Uşaq­la­ra mü­ha­ri­bə haq­qın­da da­nı­şan­da “öl­dü­rür, ba­şı­nı kə­sir” və s. dəh­şət və qor­xu ya­ra­dan ifa­də­lər­dən çə­kin­mək la­zım­dır. Bö­yü­dük­cə uşaq özü mü­ha­ri­bə­nin acı re­al­lıq­la­rı­nı ba­şa dü­şə­cək”.
Psi­xo­loq de­yir ki, uşa­ğın ata­sı mü­ha­ri­bə­yə ge­dib­sə, ona “ata bi­zi, və­tə­ni mü­da­fiə et­mə­yə” ge­dib de­yə ba­şa sal­maq la­zım­dır. “Uşaq­la­ra trav­ma, stress ya­şat­ma­maq üçün bu­nun nə­ti­cə­lə­ri­nin kə­dər­li ola­ca­ğı ba­rə­də da­nış­maq ol­maz. Ata mü­ha­ri­bə­də hə­lak olub­sa, uşaq ba­la­ca­dır­sa, onu ümid­lən­dir­mək la­zım­dır. Təd­ri­cən bö­yü­dük­cə ba­şa sal­maq la­zım­dır ki, şə­hid­dir. Hə­lak ol­ma­yıb­sa, “vaxt ke­çə­cək, atan gə­lə­cək” de­yil­mə­li­dir. Uşa­ğa bir­ba­şa, qə­fil “atan hə­lak olub, ölüb” de­mək ol­maz. Yük­sək ide­ya­lar­la uşa­ğa və­tə­nə sev­gi­ni, və­tən­pər­vər­li­yi, və­tə­ni qo­ru­ma­ğın va­cib­li­yi­ni an­lat­maq la­zım­dır. “Ata göy­də­dir, bi­zi gö­rür, bi­zə kö­mək edir” söz­lə­ri ilə uşa­ğa ger­çə­yi yum­şaq şə­kil­də ba­şa sal­maq olar. Ata­sı­nı iti­rən uşaq­la əmi­si, da­yı­sı da­im ün­siy­yət qur­ma­lı­dır ki, uşaq ai­lə­də ki­şi­nin ol­ma­dı­ğı­nı hiss et­mə­sin”.
Psi­xo­loq Or­xan Oru­cun de­di­yi­nə gö­rə, hər bir uşaq hə­yat­da qar­şı­laş­dı­ğı ilk əş­ya­lar­la, ha­di­sə­lər­lə bağ­lı su­al­lar ver­mək­lə, bu hə­yat­da ya­şa­maq üçün la­zım olan mə­lu­mat­la­rı alır: “Söz­süz ki, bə­zi mə­lu­mat­lar uşaq­la­rın xə­yal dün­ya­sı­na və qav­ra­ma­sı­na uy­ğun ol­ma­dı­ğın­dan on­lar­da mü­əy­yən psi­xo­lo­ji iz­lər ya­ra­da bi­lər. Mə­sə­lən, uşaq­lar­da ölüm an­la­yı­şı­nın qav­ra­nı­la bil­mə­si uzun müd­dət tə­ləb edir. Tə­əs­süf ki, müa­sir uşaq­lar ölüm an­la­yı­şı­nı kom­pü­ter və te­le­fon oyun­la­rı ilə mə­nim­sə­yir, han­sı ki, “or­da ölüb ye­ni­dən di­ril­mək müm­kün­dür” tə­səv­vü­rü for­ma­la­şır. Elə bu­na gö­rə də va­li­deyn­lər uşaq­la­rı­nı sa­kit­ləş­dir­mək məq­sə­di ilə on­la­ra kom­pü­ter oyun­la­rın­dan is­ti­fa­də­si­nə şə­ra­it ya­ra­dar­kən müt­ləq oyun­la­rın xa­rak­te­ri­nə diq­qət et­mə­li­dir­lər. Bun­dan əla­və, te­le­vi­zi­ya­da və gün­də­lik in­san­lar tə­rə­fin­dən ter­ror və mü­ha­ri­bə­lər haq­qın­da da­nı­şıl­ma­sı uşaq­lar­da mü­ha­ri­bə, ter­ror­la bağ­lı su­al­la­rın ya­ran­ma­sı­na sə­bəb ola bi­lər. İlk növ­bə­də uşaq­la­rı bu tip xə­bər­lər­dən, gö­rün­tü­lər­dən və mü­za­kir­lər­dən uzaq tut­maq la­zım­dır. La­kin han­sı­sa for­ma­da uşaq mü­ha­ri­bə haq­qın­da su­al ve­rir­sə, bu su­al­la­ra doğ­ru və sə­mi­mi ca­vab ver­mək məc­bu­riy­yə­tin­də­yik. İs­tə­ni­lən hal­da bu ki­mi an­la­yış­lar­la bağ­lı uşaq­la­ra ya­lan da­nış­maq və səhv mə­lu­mat ver­mək ol­maz. On­la­rın qav­ra­ma sə­viy­yə­si­nə uy­ğun bir dil­də, mü­ha­ri­bə­nin nə ol­du­ğu­nu söy­lə­mək sua­lı ca­vab­sız qoy­maq­dan və ya­xud yan­lış mə­lu­mat ver­mək­dən da­ha yax­şı­dır. Uşaq­la­rı gə­lə­cək­də qar­şı­la­şa bi­lə­cək­lə­ri re­al hə­ya­ta psi­xo­lo­ji ola­raq ha­zır­la­maq ba­xı­mın­dan bu, çox va­cib mə­qam­dır. Ca­vab­sız qa­lan su­al­lar hər kə­sin dəh­şət­li və hə­yə­can­lı bir şey­dən da­nış­dı­ğı­nı hiss edən uşaq­lar­da öz fan­ta­zi­ya­sı­na, tə­xəy­yü­lü­nə uy­ğun qor­xu his­si ya­ra­da bi­lər. Bu­nun­la bağ­lı öz qor­xu­la­rı­nı söz­lü və ya qey­ri-söz­lü for­ma­da bi­ru­zə ve­rən uşaq­la­ra öz qor­xu­la­rı­nı ifa­də edə bil­mə­si üçün şə­ra­it ya­ra­dıl­ma­lı və va­li­deyn tə­rə­fin­dən hə­min qor­xu sə­bəb­lə­ri nor­mal qar­şı­la­nıb, uşaq­la qor­xu­nun ara­dan qalx­ma­sı üçün söh­bət­lər apa­rıl­ma­lı­dır”.
O.Oruc bil­di­rib ki, araş­dır­ma­la­ra gö­rə uşaq­lar əsa­sən 3-6 yaş­la­rın­da ar­tıq ölüm­lə bağ­lı su­al­lar ver­mə­yə baş­la­yır­lar: “Bu yaş­lar­da ar­tıq uşaq­lar ən azın­dan bir ne­çə də­fə öl­müş hey­van və ya quş gö­rür­lər və ya bax­dıq­la­rı ciz­gi film­lə­rin­də hər han­sı bir epi­zod, ölüm­lə bağ­lı da­nı­şı­lan han­sı­sa söh­bə­tə qu­laq şa­hi­di ol­ma­la­rı və s. on­lar­da ölüm­lə bağ­lı su­al­la­rın ya­ran­ma­sı ilə nə­ti­cə­lə­nir. Ölüm­lə bağ­lı su­al ver­di­yi za­man uşa­ğın hə­min sua­lın ar­xa­sın­da han­sı hiss­lər ol­du­ğu­na diq­qət et­mək la­zım­dır. Yə­ni, sua­lın ar­xa­sın­da qor­xu, ma­raq və ya na­ra­hat­lıq his­si­nin ol­ma­sı va­li­dey­nin ve­rə­cə­yi ca­va­bın da tər­zi­ni mü­əy­yən­ləş­dir­mə­li­dir. Uşaq tə­rə­fin­dən ani­dən ölüm­lə bağ­lı ve­ri­lən sua­lın va­li­deyn­də çaş­qın­lıq ya­rat­ma­ma­sı üçün va­li­deyn­lər çox yax­şı olar ki, bu sua­lın ve­ri­lə­cə­yi­nə əv­vəl­cə­dən ha­zır ol­sun­lar. Çün­ki ölüm­lə bağ­lı uşa­ğın ver­di­yi sua­la kəs­kin emo­sio­nal re­ak­si­ya uşa­ğın ölüm­lə bağ­lı qor­xu­la­rı­nın for­ma­laş­ma­sı­na və qor­xu­la­rı ilə bağ­lı ye­ni­dən su­al ver­mək­dən çə­kin­mə­si ilə nə­ti­cə­lə­nə bi­lər. Əgər su­al ani­dən ve­ri­lib­sə və va­li­deyn sua­la ca­vab ver­mək­də çə­tin­lik çə­kir­sə, yax­şı olar ki, so­yuq­qan­lı şə­kil­də “bu sua­lın ca­va­bı­nı bil­mi­rəm, am­ma öy­rə­nib sə­nə də de­yə­rəm” for­ma­sın­da ca­vab ver­mək­lə, vaxt qa­zan­sın”.
De­di­yi­nə gö­rə, bə­zən uşaq­la­rın ver­di­yi su­al­la­rın ar­xa­sın­da han­sı hiss­lə­rin yat­dı­ğı­nı öy­rən­mək üçün tək­rar su­al me­to­dun­dan is­ti­fa­də et­mək müm­kün olur. Mə­sə­lən, uşa­ğın “Ana, ölüm pis şey­dir” sua­lı­na va­li­deyn, “sən­cə, ölüm pis şey­dir” sua­lı ilə ca­vab­lan­dı­rıb, onun duy­ğu və hiss­lə­ri­ni pay­laş­ma­sı üçün şə­ra­it ya­ra­da bi­lər. Uşaq­lar tə­rə­fin­dən ölüm­lə bağ­lı ən çox ve­ri­lən su­al­lar, təx­mi­nən, “Mən də nə vaxt­sa ölə­cə­yəm?” və ya “Sən də nə vaxt­sa ölə­cək­sən?” tip­li su­al­lar olur ki, bu su­al­la­rı da ca­vab­la­yar­kən, bir­ba­şa “hə” və ya “yox” ca­va­bın­dan is­ti­fa­də et­mək əvə­zi­nə “Biz hə­lə uzun il­lər bir­lik­də ya­şa­ya­ca­ğıq” for­ma­sın­da ca­vab­la­rın ve­ril­mə­si da­ha məq­sə­də­uy­ğun­dur. Bun­dan baş­qa, mək­tə­bə­qə­dər yaş­lı uşaq­la­rın yas məc­lis­lə­rin­də iş­ti­ra­kı­nın qar­şı­sı­nın alın­ma­sı­na müt­ləq şə­kil­də əməl et­mək la­zım­dır”.
Psi­xo­lo­qa gö­rə, uşa­ğın va­li­dey­ni mü­ha­ri­bə­də şə­hid olub­sa, is­tə­ni­lən hal­da psi­xo­lo­ji trav­ma ya­şa­yan uşa­ğın bu trav­ma­sı­nı bir qə­dər yün­gül­ləş­dir­mək üçün diq­qət­li dav­ran­maq tə­ləb olu­nur: “İlk növ­bə­də uşa­ğın ata­sı­nın dəf­nin­də və yas məc­li­sin­də iş­ti­ra­kı­nın, ət­ra­fın­da­kı in­san­la­rın kə­dər və mə­yus­luq içə­ri­sin­də ol­du­ğu­nu gör­mə­si­nin qar­şı­sı­nı al­maq la­zım­dır. Da­ha son­ra isə uşa­ğın şə­hid ata­sı ilə bağ­lı ver­di­yi su­al­la­ra “biz ar­tıq ata­nı qu­caq­la­ya, öpə bil­mə­yə­cə­yik, am­ma onu ye­nə də çox is­tə­mək­də və sev­mək­də da­vam edə­cə­yik”, “Atan bü­tün in­san­la­rın sev­gi­si­ni qa­za­nıb, şə­hid ol­du”, “O, öz bor­cu­nu ye­ri­nə ye­tir­di”, “sən hə­mi­şə onun­la fəxr edə­cək­sən, hə­mi­şə onu se­və­cək­sən” for­ma­sın­da izah olun­ma­sı məq­sə­də­uy­ğun­dur. Bu ki­mi izah­lar uşaq­da “Yə­ni mən onu da­ha gö­rə bil­mə­yə­cəm”, “O, heç vaxt qa­yıt­ma­ya­caq” tip­li su­al­lar ver­mə­si­nə sə­bəb ola bi­lər. Bu su­al­la­ra doğ­ma in­san­la­rın kə­dər­li şə­kil­də is­tə­ni­lən iza­hı uşa­ğın da kə­dər­lən­mə­si­nə və öz təh­lü­kə­siz­li­yi ilə bağ­lı dai­mi ola­raq ana­sı­nın ya­nın­da qal­ma­sı­nı is­tə­mə­yi­nə sə­bəb ola bi­lər. Şə­hi­din mə­za­rı­na apa­rı­lan uşa­ğa “Ata bur­da ya­tır” de­mək əvə­zi­nə, “Bu­ra ata­nı xa­tır­la­ma­ğı­mız üçün adı­nı da­şa yaz­dı­ğı­mız yer­di” for­ma­sın­da izah et­mək da­ha məq­sə­də­uy­ğun­dur”.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir