usaq

Uşaq­lar­da kə­kə­lə­mə nə­dən ya­ra­nır?

Baxış sayı: 218

Va­li­deyn mə­su­liy­yət­siz­li­yi­nin fə­sad­la­rın­dan bi­ri də müa­sir za­man­da art­maq­da olan ağır nitq qü­su­ru kə­kə­lə­mə­dir. Qor­xu, hə­yə­can, təş­viş, ai­lə­da­xi­li mü­na­qi­şə­lər ana bət­ni­dəy­kən be­lə uşaq­la­rın sağ­lam­lı­ğı­na da­ğı­dı­cı tə­sir gös­tə­rir. Yan­lış tər­bi­yə üsu­lu, baş­qa kə­kə­lə­yən uşa­ğın di­li­nin yam­sı­lan­ma­sı, be­yin­lə bağ­lı xəs­tə­lik­lər də kə­kə­lə­min in­ki­şa­fı­na sə­bəb ola bi­lər. Bu nitq qü­su­ru çə­tin müa­li­cə olu­nur və yal­nız 10 fa­iz in­san­lar­da öz-özü­nə ke­çir.

“Mi­la­na Psi­xo­lo­gi­ya və Nitq İn­ki­şaf Mər­kə­zi”nin de­fek­to­lo­gi­ya şö­bə­si­nin rəh­bə­ri, de­fek­to­loq-lo­qo­ped Es­mi­ra Qa­fa­ro­va­nın bil­dir­di­yi­nə gö­rə, kə­kə­lə­mə ağır nitq qü­sur­la­rın­dan bi­ri­dir və çə­tin­lik­lə ara­dan qal­dı­rı­lır: “Kə­kə­lə­mə uşa­ğın psi­xi­ka­sı­nı zə­də­lə­yir, nitq ün­siy­yə­ti­nə ma­ne olur. Ət­raf­da­kı­lar­la, xü­su­sən də uşaq kol­lek­ti­vin­də qar­şı­lıq­lı ün­siy­yə­ti çə­tin­ləş­di­rir. Uşaq kə­kə­lə­dik­də fik­ri­ni ba­şa sa­la bil­mir. Ya­xud söz tə­ləf­füs olu­nar­kən qı­col­ma ya­ra­nır”.

E.Qa­fa­ro­va qeyd edib ki, kə­kə­lə­mə oğ­lan­lar­da qız­lar­dan 4 də­fə ar­tıq mü­şa­hi­də olu­nur: “Kə­kə­lə­mə nit­qi ida­rə edən ali si­nir fəa­liy­yə­ti pro­ses­lə­ri­nin po­zun­tu­su nə­ti­cə­sin­də baş ve­rir. Ək­sər hal­lar­da kə­kə­lə­mə sar­sın­tı gə­ti­rən amil­lə­rin tə­si­ri al­tın­da si­nir sis­te­mi zə­if­lə­miş uşaq­lar­da mü­şa­hi­də olu­nur. Kə­kə­lə­mə­ni ya­ra­dan sə­bəb­lər iki ye­rə bö­lü­nür: funk­sio­nal və or­qa­nik. Funk­sio­nal kə­kə­lə­mə da­ha tez-tez tə­sa­düf olu­nur. Bu hal mər­kə­zi və pe­ri­fe­rik si­nir sis­te­mi­nin nitq me­xa­nizm­lə­rin­də hər han­sı bir üz­vün zə­də­lən­mə­si nə­ti­cə­sin­də ya­ra­nan fə­sad­dır. Funk­sio­nal kə­kə­lə­mə 2 yaş­dan 5 ya­şa qə­dər­ki dövr­də ge­niş ifa­də­lər­dən qu­ru­lan nit­qin for­ma­laş­ma­sı pro­se­sin­də ya­ra­na bi­lir və ək­sər hal­lar­da da­ha tez hə­yə­can­la­nan əsə­bi uşaq­lar­da baş ve­rir. Funk­sio­nal kə­kə­lə­mə­nin ya­ran­ma sə­bəb­lə­ri müx­tə­lif ola bi­lər. Nitq yü­kü­nün çox ağır ol­ma­sı, baş­qa kə­kə­lə­yən uşa­ğın di­li­nin yam­sı­la­ma­sı, ağır məi­şət şə­rai­ti, yan­lış tər­bi­yə üsu­lu, nit­qin ümu­mi in­ki­şaf­dan ge­ri qal­ma­sı və s”.

Onun de­di­yi­nə gö­rə, or­qa­nik kə­kə­lə­mə is­tə­ni­lən yaş döv­rün­də ya­ra­na bi­lər. Bu, mər­kə­zi si­nir sis­te­mi­nin üz­vü zə­də­lən­mə­si ilə bağ­lı­dır. Hə­min sə­bəb­lə­rə ağır be­yin xəs­tə­lik­lə­ri­ni, zə­də­lə­ri və bir sı­ra in­fek­si­on xəs­tə­lik­lə­ri aid et­mək olar.

“Kə­kə­lə­mə ya qə­fil­dən və ya da təd­ri­cən ya­ra­nır. Ya­vaş-ya­vaş güc­lə­nir. O si­nir xəs­tə­lik­lə­rin­də da­xi­li və xa­ri­ci qı­cıq­la­ırn tə­si­rin­dən vax­ta­şı­rı gah güc­lə­nir, gah da zə­if­lə­yir. Xa­rak­te­rin­dən ası­lı ola­raq kə­kə­lə­mə 3 nö­və ay­rı­lır; klo­nik, to­nik, qa­rı­şıq. Klo­nik kə­kə­lə­mə kə­kə­lə­mə­nin er­kən və yün­gül for­ma­sı­dır, rit­mik tək­rar­la­ma de­mək­dir. Bun­dan əziy­yət çə­kən uşaq­lar səs və he­ca­la­rı tək­rar­la­yır. Bu kə­kə­lə­mə nö­vü ən çox ki­çik yaş­da olan uşaq­lar­da tə­sa­düf olu­nur. Kə­kə­lə­mə­nin baş­lan­ğı­cı he­sab olu­nur.
To­nik növ to­nus əzə­lə bərk­ləş­mə­si de­mək­dir. Kə­kə­lə­mə za­ma­nı uşa­ğın nit­qin­də qəf­lə­tən uzun sü­rən da­yan­ma sö­zün əv­və­lin­də və ya or­ta­sın­da ya­ra­nır. Mə­sə­lən, ki­tab sö­zü bu cür tə­ləf­füs olu­nur: ki-ki-ki… ki­tab. Bu, ağır növ kə­kə­lə­mə­dir. Qa­rı­şıq kə­kə­lə­mə­də isə hər iki növ mü­şa­hi­də olu­nur. Kə­kə­lə­mə qı­col­ma­nın baş ver­di­yi ye­rə gö­rə tə­nəf­füs, səs və ar­ti­kul­ya­si­ya kə­kə­lə­mə­lə­ri­nə bö­lü­nür”.

Bu­nun müa­li­cə­si­nə gə­lin­cə, həm­söh­bə­ti­miz de­yir ki, kə­kə­lə­yən uşaq­la­rı komp­leks şə­kil­də müa­li­cə et­mək la­zım­dır: “Həm psi­xo­loq, həm nev­ro­pa­to­loq, həm də la­qo­ped uşaq­la iş­lə­mə­li­dir. Kə­kə­lə­mə­nin ara­dan qal­dı­rıl­ma­sı üçün bir sı­ra me­tod­lar möv­cud­dur. Bu me­tod­lar uşaq­la­rın nit­qi­ni kə­kə­lə­mə­dən azad et­mək, nor­mal da­nı­şıq ba­ca­rı­ğı­nı əl­də et­mə­yə xid­mət edir. Hər mü­tə­xəs­si­sin özü­nə gö­rə me­to­di­ka­sı var. Son me­to­di­ka­lar­dan bi­ri Azər­bay­can­da ilk ola­raq mər­kə­zi­miz­də tət­biq olu­nan “qı­zıl səs” apa­ra­tı­dır. Kə­kə­lə­mə­ni qı­sa müd­dət­də ara­dan qal­dı­rır. Kə­kə­lə­mə 50 gü­nə sa­ğa­lır”.

Qa­fa­ro­va bil­di­rib ki, kə­kə­lə­mə öz-özü­nə dü­zə­lən de­yil: “Ağır nitq qü­su­ru­nun öz-özü­nə keç­mə­si yüz­də on fa­iz­dir. Bir müd­dət azal­ma baş ve­rə bi­lər. Va­li­deyn­lər gö­rə bi­lər­lər ki, uşaq kə­kə­lə­mir, am­ma son­ra­dan ar­ta bi­lər. 16-17 ya­şa qə­dər uşaq kə­kə­lə­yir­sə və va­li­deyn­lər bu­nun dü­zə­lə­cə­yi­ni dü­şü­nür­lər­sə, yan­lış fi­kir­də­dir­lər. Bu cür prob­lem­lə 24-25 ya­şa qə­dər öv­lad­la­rı­nı çat­dı­rır­lar və mü­tə­xəs­si­sə mü­ra­ci­ət edib və­ziy­yə­ti dü­zəlt­mə­yi xa­hiş edir­lər. La­kin za­man keç­dik­cə kə­kə­lə­mə ağır­la­şır və onu ara­dan qal­dır­maq çə­tin­lə­şir”.

Mü­sa­hi­bi­mi­zin de­di­yi­nə gö­rə, 12 ya­şa qə­dər yax­şı ef­fekt al­maq olur. Nitq qü­su­ru­nun müa­li­cə­si­nə er­kən mər­hə­lə­də mü­ra­ci­ət et­mək da­ha yax­şı nə­ti­cə ve­rir.
La­qo­ped-de­fek­to­loq məs­lə­hət gö­rür ki, va­li­deyn­lər uşaq­lar­la düz­gün dav­ran­ma­lı, uşaq­la­rı döy­mək­lə, qor­xut­maq­la cə­za­lan­dır­ma­ma­lı­dır: “Sağ­lam öv­lad ye­tiş­dir­mə­yi­miz üçün öv­lad­la­rı­mız­la dost ol­ma­ğı ba­car­ma­lı­yıq”.

Ay­nu­rə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir