Uşaq ailəni necə idarə edir?

Baxış sayı: 1. 308

Biz uşaqların psixoloji durumunu və davranış göstəricilərini araşdırdığımız zaman müxtəlif narahatlıqlara rast gelirik.Təbii ki bizim üçün uşağın ailə daxilində və sosial cəmiyyətdəki davranışı əhəmiyyət kəsb edir.İlkin olaraq uşağın ailə daxilindəki davranış göstəricilərinə diqqət yetirdikdə hal-hazırda bütün valideyinləri narahat edən hallardan biri də odur ki,uşaq ailəni  idarə etmək istəyir.Və bu zaman ailə ilə uşaq arasında olan  emosional kontaktın pozulmasına gətirib çıxarır. Bu  vaxt uşağın göstərdiyi hərəkətlər hər yaşa görə fərqli olur.

1 yaşında- uşaq artıq yeriməyə başlayır və az da olsa özü müstəqil hərəkət edir.Və bu zaman yeni təcrübələr qazanmağa başlayır, bu isə valideynləri narahat etməyə başlayır və ailə ilə uşaq arasında narazılıqlara gətirib çıxarır çünki valideyn uşağın bu yaş dövründəki əksər hərəkətlerinə “olmaz”  deyir.

2-3 yaş dövrü- bu dövr daha çətindir.Bu dövrdə şəxsiyyət formalaşmağa başlayır bu dövrə “eqosentrizm” dövrü deyilir  yeni “mən” formalaşır.Uşaq özünü mərkəzə qoyur  ve hər istəyinin yerinə yetirilməsini  gözləyir.Bunu  deye bilərik ki, bu dövr uşağın ailəsini idarə etmək üçün istifadə  etdiyi hərəkətlərin başlanğıc dövrüdür.

Uşaq ailəni necə idarə edir? Təbii ki,uşaq öz istək və arzularını ailəsindən aşırı bir tələblə istəyir.Bu zaman uşaqlarda isterik əlamətlər üzə çıxır ki ,belə uşaqlara “isterik uşaqlar”deyilir.         İsterik uşaqlar ailəsinin zəif damarını bilir və onlara təsir etmək üçün  bu isterik əlamətlərdən istifadə edir.Bu zaman gözləri qapalı formada qışqıraraq ağlamalar,ayaqları yerə döyməklər,özünü vurmalar ,əlindəki oyuncağı yerə çırpmaq ,ətrafdakı əşya və avadanlıqları sındırmaq  kimi hallar baş verir.Bu zaman ailə uşaqla necə davranacağını bilmədiyi üçün uşağın həmin andakı istəyini yerinə  yetirir və bir növ belə hallar baş verdiyi zaman ailə “məğlub” uşaq isə “qalib” olur.Belə hallar təkrarlandıqca uşaq bir növü özünün haqlı olduğunu düşünür   və  artıq  ailəni  özünə tabe edir.Əlbəttə       ki,  bu hallar uşağın psixoloji inkişafında və xarakterində ciddi problemlərin olmasına gətirib çıxara bilər. Bu halların baş vermə səbəbləri müxtəlif ola bilər .  Bu zaman uşağın psixonevroloji inkişafına ,ailənin uşağa davranışına  fikir vermək lazimdir.Təbii ki  valideynlərə məsləhətimiz budur ki, hər bir uşaq  individual xarakterə  malik olduğu üçün uşağın hansı motivasiyada olduğunu aydınlaşdırmaq və onlara düzgün yanaşmalıdırlar.Bu zaman aşağıdakılara əməl etmək lazımdır:

1) Səs tonunuza diqqət edin, yüksək səslə danışmaq uşağı daha da aqressiv edir.Şüuraltına  mənfi təsir edir.

2 )Fiziki cəza olmaz.  Həmin andakı  qəzəbinizi idarə edin ,uşağa qarşı istifadə olunan “vurmaq cəzası” heç də  düzgün deyil.

3) Uşağınıza nümunə olun. Siz düzgün davransanız  övladlarınız da sizin nümunəvi hərəkətlərinizi  özü üçün  bir örnək götürəcək.

4) Mütləq şəkildə uşağın müsbət davranışlarını mükafatlandırın və bir növ motivasiya  metodundan istifadə edin.

5) Hərəkətlərini səbrlə və düzgün şəkildə  izah edin.Hər şeyə qadağa qoymaq düzgün deyil. Nəyi, nə üçün qadağa etdiyinizi səbrlə izah edin.

6) Aqressiv və  inadkar olduğu zaman istəyini yerinə yetirməyin.Qışqırmayın və ona qarşı tərs olmayın.

7) Mübahisə etməyin.Uşaq qəzəbli, gərgin,həyəcanli  olduğu zaman  mübahisə etməyin.

8) Ailə üzvlərinin  qərarları bir olsun.Ailə üzvlərinin fikirləri bir birinə təzad təşkil etsə, biri sərt digeri yumşaq  davranarsa uşaq özünə hansı serf edecekse o istiqamətə yönələcək.

9) Uşağınızın səhvlərini deyin, lakin bunu tam sakit halda  izah edin.

10) Uşağınıza qarşı heç bir zaman “sən aqressiv və tərssən” kimi ifadələr işlətməyin. Bu hal uşağın daha da aqressivləşməsinə səbəb ola bilər.

Bütün bunlardan sonra ƏN ƏSASI övladinizi bir səxsiyyət kimi görüb ,qəbul edib ,ona hörmətlə yanaşın.

Ayşən Rza




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir