ayaqqabi

Uşaq ayaqqabısı seçərkən nələrə diqqət etməli?

Baxış sayı: 190

Uşaq gəzməyə başlamazdan əvvəl isti günlərdə ayaqları açıq qoyulmalı, soyuq günlərdə isə qalın corab geyindirməlidir.

Uşaq corabları mümkün olduğu qədər yumşaq və allergiyaya səbəb olmayan metarialdan hazırlanmalıdır. Təzə-təzə gəzməyə başlayan uşaqların ayaqlarında və ayaq biləyində əyilmələr olmursa, yavaş-yavaş ayaqda durmağı öyrədilməlidir. Uşağı gəzməyə alışdırmaq üçün yalın ayaqda gəzdirmək daha məqsədəuyğundur.

Əgər ayaqqabı geyindirmək məcburiyyətində qalmısınızsa, ayaqqabının yumşaq olmasınıa fikir verin. Dabanın hündürülüyü 5-6 mm-dən çox olmamalıdır. Ayaqqabı alarkən ayağa tam oturmasına və içində barmaqların rahat hərəkət etməsinə fikir verin. Ayağın hava ala biləcəyi ayaqqabılara üstünlük verin. Yeni-yeni gəzməyə başlayan uşağa dəridən hazırlanan ayaqqabılar almayın. Çünki ayağın tərləməsinə gətirib çıxara bilər.

Uşağın ayağını yerə basanda ayaq biləyində əyilmə baş verirsə, mütəxəsis  yanına aparmaq məsləhət görülür. Çünki ayaqda olan problemləri uşaq vaxtı aradan qaldırmaq mümkün olur. Bəzi nadir hallarda ortopedik ayaqqabılar geyindirməli ola bilərsiniz. Bundan başqa ayaqqabı həm yumşaq, həm də rahat olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir