sud

Uşaq əmizdirən analar belə qidalansınlar – MENYU

Baxış sayı: 2. 119

Yenicə ana olan qadınların özləri və körpələri üçün sağlam qidalanmaları əsas şərtdir. “Gencaile.az” “Aile.lent.az”-a istinadən yeni ana olan xanımlar üçün ən yaxşı qidalanma nümunəsini təqdim edir:

Yumurta

Yaxşı zülal qaynağı olan yumurta ideal amino turşusu tarazlığını təmin edir. Yumurta sarısında olan D vitamini ana və körpənin sümük inkişafında vacib rol oynayır. Tərkibindəki kolin uşağın yaddaşı üçün həyati əhəmiyyət kəsb edir. Buna görə də süd verən analar gündə ən azı 1-2 yumurta yeməlidirlər.

Yulaf

Ən çox süd gətirən qidalardan olan yulaf eyni zamanda asan həzm edilir. Doğuşdan sonra çox rast gəlinən qəbzliyə qarşı ən yaxşı vasitələrdən biridir. Dəmir tərkibli olması anemiyanın qarşısını alır. Təzə bişirilmiş yulafa bir qaşıq bal, zəfəran və təzə meyvələr doğrayaraq yeyə bilərsiniz.

Somon balığı

Körpənin sinir sisteminin inkişafına kömək olan somon balığı yeni doğuş keçirən qadınlar üçün çox faydalıdır. Zülal və B12 qaynağıdır. Bunlarla yanaşı, hamiləlikdən sonra depressiya hallarının qarşısını alır. Yenicə ana olanlar həftədə iki dəfə somon balığı yesələr, yaxşı olar.

Qəhvəyi düyü

Qəhvəyi düyü kimi tam taxıllı qidalar uşaq əmizdirən qadınların qidalanma proqramında olmalıdır. Enerji səviyyəsini yüksəldir, qan şəkəri səviyyəsini sabit saxlayır. Lif kimi qidalandırıcı xüsusiyyəti normal düyüdən daha yüksəkdir. Südün miqdarı və keyfiyyətini də artırır. Qəhvəyi düyünü bişirməzdən əvvəl bir neçə saat suda saxlayın. Bu cür bişirildikdə daha asan həzm edilir.

Çöl qarağatı

Güclü bir antioksidan olan çöl qarağatı ana və körpəni bir çox xəstəliklərdən qoruyur. Tərkibində ananın ehtiyacı olan bütün vitamin və minerallar var. Tərkibindəki kifayət qədər karbohidrat enerjinizi yüksəldir. Gündə 2 dəfə və daha çox olmaqla bir pay çöl qarağatı yeyə bilərsiniz.

İspanaq

Yaşıl yarpaqlı bitkilərin hamısı analara xeyirlidir, lakin onların içərisində ən vacib yeri ispanaq tutur. Ispanaq A vitamini baxımından zəngindir. Eyni zamanda, tərkibindəki fol turşusu doğuş zamanı itirilən qanı geri qaytarmaq üçün qan hüceyrələri istehsalına kömək edir. Südün çoxlamasına da kömək olur. İspanaqda olan mangan sümük, qığırdaq və kallogen inkişafında vacib rol oynayır. Kalsium, C vitamini və dəmir tərkiblidir. İspanaq çiy də yeyilə bilər, şorbası da içilə bilər, suyu da.

Süd

Süd ehtiyacını südlə ödəyə bilərsiniz. Tərkibindəki D və B vitamini, protein və lazımlı qidalar körpənin inkişafında vacib rol oynayır. Uşağı əmizdirən zaman itirdiyiniz kalsiumu süddəki kalsiumla qarşılaya bilərsiniz. Süd eyni zamanda bədəndəki su itkisini də bərpa edir. Gündə iki stəkan süd içmək məsləhətdir.

Badam

E vitamini qaynağı olan badam ana və körpə üçün lazım olan yağlara malikdir. Badamdakı Omega 3 südü artırır. Həmçinin sümük və dişlər üçün protein və kalsium qaynağıdır. Yeni analar gündə bir neçə dənə qovrulmuş badam yeməlidirlər. Südü artırmaq üçün isə 4-6 badamı suda saxlayın və səhər yeyin.

Razyana

Razyana süd istehsalı və həzm sisteminə kömək olur. Qarın ağrısının da qarşısını alır. 1-2 qaşıq razyana toxumunu 4 stəkan suda 5 dəqiqə saxlayın. Süzüb gün ərzində için. Ürəyiniz istəsə, 1 çay qaşığı razyana toxumunu yeməkdən sonra çeynəyə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir