Uşaq əmzikləri və yemək şüşələrində XƏRÇƏNG RİSKİ

Baxış sayı: 1. 372

Ümumdünya Səhiyyə Təşkilatı rezin əlcəklər, prezervativ, uşaq əmzik və yemək şüşələrinin tərkibində olan kimyəvi maddənin xərçəngə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Gencaile.az”-ın Daily Mail-ə istinadən məlumatına görə, söhbət MBT (Mercaptobenzothiazole) adlanan kimyəvi maddədən gedir. Sağlamlıq üçün çox təhlükəli hesab edilən bu kimyəvi maddə bütün rezin məhsullarının istehsalında istifadə edilir. Tibbi kateter və avtomobillərin təkrar emal olunan təkərlərindən hazırlanan maddədə civə və arseniklə birlikdə başqa toksik kimyəvi maddələrin də olduğu deyilir.

Bir araşdırmanın nəticələrinə görə, MBT uşaqların oynatdığı yumşaq oyuncaqlarla yanaşı, ayaqqabı, hava yastıqları, elastik bantlar, əmziklər, yemək şüşələri, üzgüçülük eynəkləri, rezin əlcəklər və prezervativlərin tərkibində istifadə edilir. MBT maddəsi sidik kisəsi, qan, bağırsaq xərçənginə səbəb olur. Xüsusilə topla oynayan uşaqların yanlışlıqla bu maddəni uda biləcəyi ehtimalı var.

Əksər ekspertlərin fikrincə, gündəlik məhsulların tərkibində istifadə edilən MBT maddəsi hər hansı əşyanın tərkibində çox olmadığı təqdirdə o qədər də təhlükəli sayılmır. Ancaq rezin istehsalında çalışan işçilər mütləq özlərini qorumalıdırlar.

Mütəxəssislər bu maddənin xərçəng törədən maddələr sırasına qatılmalı olduğunu bildirir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir