MEKTEB

Uşaq məktəbə getmək istəmirsə, nə etməli?

Baxış sayı: 325

Yenə səhərdir və uşağınız məktəbə getməmək üçün cürbəcür bəhanələr uydurur. Artıq siz də onu dilə tutmaqdan yorulduğunuzu düşünürsünüz. Ancaq uşağı dilə tutmaqla onun məktəbə marağını artırmaq olmaz. Çünki siz nə qədər məktəbin əhəmiyyətindən danışsanız da, o yenə məktəbə getmək istəməyəcək.

Məktəbə getmək istəməyən və məktəbi sevmədiyini tez-tez təkrar edən uşaq zaman keçdikcə bu fikri beyninə yerləşdirir və belə uşaqlarda məktəbə qarşı ciddi antipatiya meydana gəlir. Elə isə belə vəziyyətlərdə nə etmək lazımdır?

USAq-mwkteb

 

Təbii ki, ilk növbədə, uşağınızın məktəbə getmək istəməməsinin səbəblərini araşdırmalısınız. Buna görə də, sərt reaksiya verməmək şərti ilə, uşaqla söhbət etməli və problemin səbəbini öyrənməlisiniz. Əgər uşağınızda məktəbə qarşı ciddi antipatiya mişahidə edirsinizsə və bu, uzun müddət davam edirsə, bunun ilk səbəbi məktəb fobiyası ola bilər. Təbii ki, belə vəziyyətlərdə ilk növbədə, bir mütəxəssisdən kömək almalısınız. Yox, əgər başqa bir səbəb varsa (məsələn, dərslərindəki uğursuzluqlar, sinif yoldaşları ilə problemlər və s.), bunu məsələni yerində həll etməklə də aradan qaldırmaq olar. Bundan başqa, ailədəki böyüklərin məktəb illəri ilə bağlı xoş xatirələri də uşağınızın məktəbə isinməsini asanlaşdırar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir