usaq

Uşaq modası anlayışı nə vaxt yarandı?

Baxış sayı: 574

Təsəvvür etmək çətin olsa da, “uşaq modası”anlayışı 200 il əvvəl heç mövcud deyildi. Hətta uşaq geyimləri belə yox idi. Bəs uşaqlar nə geyinirdilər? O dövrün uşaq geyimləri böyüklərin geyimlərinin kiçik nüsxələri idi. Yalnız 19 -cu əsrin sonunda uşaqlar üçün paltar yaratmağın zəruriliyindən danışmağa başlayan ilk modelyerlər peyda oldu.

19-cu əsrin ortalarına qədər uşaq geyimləri ilə bağlı faktlar demək olar ki, yoxdur. Bunun səbəbi, uşağın uzun müddət bir şəxs olaraq qəbul edilməməsidir. Uşaqlar valideynlərinin mülkü sayılırdı. Oğlan və qızlar üçün geyimlər böyüklərin geyimlərini tam olaraq təqlid edirdi. Uşaqlar xüsusi korsetlər, ağır paltarlar və formalar geyinirdilər.

Bu yanaşmanın ilk tənqidi yalnız maariflənmə dövründə ortaya çıxdı. Jean-Jacques Rousseau öz əsərlərində uşağın yalnız valideynlərin “surəti” olmadığını, bir şəxs olduğunu bildirdi. Uşaqların geyimləri də tənqid edildi. Məhz bu dövrdən uşaq geyimləri daha sadə və rahat olmağa başladı. Formalar yüngül gödəkçələrlə, ağır krinolinlər isə yumşaq parçalarla əvəz olundu. Lakin, uşaq modası yenə də, olduqca mühafizəkar olaraq qaldı və uşaqların seçim etmək hüququ yox idi.

Vəziyyət 19-cu əsrin sonlarına qədər belə davam etdi. Bu dövrdə yüngül sənaye tamamilə yeni bir tendensiyanın – uşaq modasının yaranmasına səbəb olan yüksək sürətlə inkişaf etməyə başladı. Uşaqlar üçün idman və üzgüçülük kostyumları tikməyə başladılar və uşaqlar üçün zərgərlik məhsullarında daha sadə və mürəkkəb üslublara yer verildi.

20-ci əsrdə qızlar ilk dəfə şalvar geyinməyə başladılar ki, bu da uşaq modasının demokratikləşməsində mühüm addım idi. Moda jurnallarında xüsusi bölmələr ayrıldı və valideynlər uşaq geyimlərinin seçiminə daha ciddi yanaşmağa başladılar.
21-ci əsrdə uşaq modası artıq tamamilə müstəqil oldu. Geyimlər yalnız praktik və funksional olmaqdan savayı onların eksklüzivliyi və bənzərsizliyinə böyük əhəmiyyət verilməyə başladı. Uşaqlar üçün ilk marka geyim mağazaları peyda oldu və modelyerlər gənc nəsil üçün bütün kolleksiyaları yaratmağa başladılar.

usaqlar 3

Uşaq modası ilə bağlı maraqlı faktlar:

19-cu əsrə qədər oğlan və qızlar eyni geyinirdilər. O dövrün rəssamlarının rəsmlərində lentlə bəzədilmiş ağ paltarlı üç yaşlı oğlan uşağı görmək mümkündür;

Uşaq modasının banisi modelyer Cianni Lanvindir. Qızını o qədər sevirdi ki, onun üçün orijinal geyimlər yaratmağa başlamışdı;

Uşaq geyimlərinin təhlükəsizliyindən yalnız 21 -ci əsrdə danışmağa başladılar. Məhz bu dövrdə dizaynerlər təbii materialların lehinə zərərli boya və sintetiklərdən istifadə etməyi dayandırdılar;

Ən bahalı uşaq geyim kolleksiyası “Dolce & Gabanna” markasına aiddir. Bir paltarın qiyməti təxminən 1000 -1500 dollara çatır;

İndiyədək ən çox qazanan gənc uşaq model Tilan Blondo (2001 -ci il təvəllüdlü) olub. Qlobal markaların siması olan Tilan həm də məşhur “Vogue”jurnalı üçün fotosessiyalar da edib.

Uşaq modası nisbətən yeni bir fenomendir. Hər il dünyaca məşhur dizaynerlər və müstəqil  markalar uşaqlar üçün unikal kolleksiyalar yaradırlar. Ancaq uşaq geyimləri nə qədər gözəl və cazibədar olsa da, əsas şey uşaqların rahatlığı və təhlükəsizliyidir.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir