internet

Uşaqlar internetdən nə zamandan və necə istifadə etməlidir?

Baxış sayı: 714

İnternet istifadəçiləri arasında uşaqlar üstünlük təşkil edir. Müasir dövrün uşaqlarını internetsiz təsəvvür etmək artıq mümkün deyil. Hətta kiçik yaşlı uşaqların belə, gününün çox hissəsi internetlə bağlı olur. Mütəxəssislər intermet-telefon, planşet, kompüter istifadəsinin azyaşlılarda bir çox problemlərə səbəb olduğunu bildirirlər.

Bəs əslində uşaqlar hansı dövrdən internetdən istifadə etməlidirlər?  Bununla bağlı qaydalar necə olmalıdır?  İnternet və sosial media istifadəsi zamanı uşağın yaşı mütləq nəzərə alınmalıdır. Bununla bağlı mütəxəssislərin tövsiyəsi belədir:

Uşaqlar internetdən nə zamandan başlayaraq və necə istifadə etməlidir?

2 yaşa qədər: Uşaqlar monitor qarşısında, yaxud telefonla vaxt keçirmək əvəzinə, aktiv ünsiyyətə, oyunlara cəlb edilməlidir;

2-4 yaş: İnternet istifadəsi üçün hələ çox erkəndir, uşaq yalnız valideynin müşayiəti altında uyğun səhifələri ziyarət edə, rəsm çəkə, faydalı oyun oynaya, musiqi dinləyə bilər;

5-8 yaş: Uşağın kompüterdən istifadə etmə, elektron oyun oynama bacarıqları inkişaf edir. Uşaq valideynlərin nəzarəti altında icazə verilən səhifələrə girə bilər. Bu müddətdə ailənin doğru davranış şəkli ilə nümunə olması çox vacibdir;

9-12 yaş: Uşaq interneti məktəb tapşırıqları, dostları ilə ünsiyyət qurmaq və oyun oynamaq üçün istifadə edə bilər. Bu yaşlarda uşaqlar məhdudiyyətləri sevməsələr də, internet istifadəsində ailə istiqamətləndirici və nəzarətedici olmalıdır;

13-17 yaş: Bu dövrdə artıq uşaqlar interneti çox istifadə edir. Bu isə onları bir çox riskə məruz qoya bilər. Buna görə valideynlərin nəzarəti gücləndirilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir