Uşaqlar məhkumlardan daha az açıq havada qalırlar – ŞOK ARAŞDIRMA

Baxış sayı: 1. 398

Uşaqlar məhkumlardan daha az açıq havada vaxt keçirirlər. Mütəxəssislər apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər. Araşdırmalar nəticəsində məlum olub ki, uşaqların üçdə biri küçədə 30 dəqiqədən az vaxt keçirir, oyun oynayırlar. Beşdə biri isə ümumiyyətlə küçəyə çıxmağa can atmır. Birləşmiş Millətlər Təşkilatının “məhkumlar üçün minimum standarlar” şərtinə görə isə, bir məhkum gündə ən az bir saat açıq havada gəzməlidir. Araşdırma müəlliflərinin məlumatlarına görə, buna əsas səbəb balacaların televizor, kompyuter arxasında daha çox vaxt keçirməsidir. Belə olan təqdirdə onlar açıq havaya çıxmaqdan boyun qaçırırlar.