usaq

Uşaqlar nə zaman valideynlərindən alına bilər? – HÜQUQŞÜNAS RƏYİ

Baxış sayı: 224

“Uşaqların valideynindən alınması Ailə Məcəlləsinə əsasən, həyata keçirilir”.

Bu sözləri uşaqların hansı hallarda valideynlərindən alınması ilə bağlı danışan “Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev deyir.

Son zamanlar uşaqların ailədə zorakılıqla, baxımsızlıqla üzləşməsi halları artıb. Elə bir neçə gün əvvəl Şamaxı rayonunda 5 uşağın baxımsız vəziyyətdə qalması buna misal ola bilər. Həmçinin dəfələrlə sosial şəbəkələrdə analarının narkotik aludəçisi olduğu deyilən uşaqların küçədə, himayədən kənar qalmaları barədə məlumatlar dolaşıb.

Bəs görək, Azərbaycanda hansı hallarda uşaqlar valideynlərindən alına bilər? Şamil Paşayevin sözlərinə görə, sözügedən prosesi icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı yerinə yetirir:

“Uşağın sağlamlığı və həyatı üçün birbaşa təhlükə olduqda icra hakimiyyətinin qəyyumluq və himayə orqanı övladı valideynlərindən almaq hüququna malikdir. Uşağın valideynindən alınması akt əsasında həyata keçirilir. Bundan sonra icra hakimiyyəti dərhal prokurorluğa məlumat verməli və uşaq sığınacağa yerləşdirilməlidir. Daha sonra valideynlik hüququnun məhdudlaşdırılması və ya bu hüquqdan məhrumetmə olacaqsa, icra hakimiyyəti məhkəməyə də müraciət etməlidir. Bütün bunlar birmənalı olaraq, Ailə Məcəlləsində əks olunub”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir