aile

Uşaqlar nə üçün valideynlərinin mübahisələrinə şahid olmamalıdırlar?

Baxış sayı: 1. 172

Bu bir həqiqətdir ki, hər evdə mübahisə ola bilər. Ancaq belə hallarda nə qədər gərgin olsanız da, ətrafdakıları unutmamalısınız. Ya da başqa sözlə, hər hansı bir məsələ ilə bağlı həyat yoldaşınızla mübahisə etdikdə, uşaqlarınızla eyni məkanda olub-olmadığınıza diqqət yetirməlisiniz.

Bəs uşaqlar nə üçün valideynlərinin mübahisələrinə şahid olmamalıdırlar?

Ailem jurnali adlı şəxsin şəkli.

İlk növbədə, uşaqlar mübahisə etdiyiniz məsələni başa düşmədikləri üçün sizi bu cür hərəkətlərinizə görə ittiham edə bilərlər. İkincisi, sizdən pis nümunə götürə bilərlər. Digər tərəfdən, gələcəkdə quracaqları ailədə də eyni səhvlərə yol verə bilərlər. Bundan da təhlükəlisi, gələcəkdə aqressivliyə meyilli ola bilərlər. Nəhayət axırıncısı, “valideyn” və “ailə” anlayışına qarşı inamlarını itirə bilərlər. Artıq bundan sonra onları həm ailələri ilə, həm də ətrafındakılarla xoş davranmalı olduqlarına inandırmaq çox çətin olar. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir