intihar

Uşaqlar niyə öz canlarına qıyır? – yaş, ailə, məktəb, sosial şəbəkə amili, yoxsa…

Baxış sayı: 576

Dekabrın 1-nə keçən gecə Bakının Binəqədi rayonu 9-cu mikrorayon ərazisində 13 yaşlı qız – Abdullazadə Z. A. özünü yaşadığı 14-mərtəbəli binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Qızın ehtiyatsızlıq nəticəsində yerə yıxıldığı bildirilsə də, sonradan onun öz həyatına qəsd etdiyi məlum olub.

Bildirilib ki, orta məktəbin 7-ci sinif şagirdi olan Z.A. özünü öldürməzdən əvvəl məktub yazıb. O, evdə qoyduğu kağızda “Kim istəyirsə, arxamca gəlsin” sözlərini yazıb. Həmçinin məlum olub ki, yeniyetmə qız intihar etməzdən əvvəl bəzənib və məclis paltarı geyinib. Onda ağır psixoloji travmanın yarandığı və bu səbəbdən məlum addımı atdığı qeyd edilir.

Uşaqlar niyə öz canlarına qıyırlar? Ailə, məktəb, sosial şəbəkə amili, yoxsa başqa faktor burda aparıcı rol oynayır? Valideyn və ya müəllim yeniyetmənin davranışında ilk növbədə nəyə diqqət eləməlidir?

Psixoloq Elnur Rüstəmov qeyd edir ki,  7-ci sinif şagirdinin ölümü ilə bağlı bir çox məqamlar təhlil olunmalıdır: “Yeniyetməlik böhranı deyilən bir məqam var ki, bəzi yeniyetmələr bunu çox ağır keçirirlər. Bu, ağır psixoloji travmalar da, şəxslər arası böhranlı münasibət, ailədaxili problemlər də ola bilər. Əlbəttə ki, əsas səbəb istintaqın gedişində məlum olacaq. Ümumilikdə isə, qeyd etdiyim kimi, yeniyetmələrin yeniyetməlik dövründə keçirdikləri böhran depressiya, sosial fobiya formasında özünü göstərə bilər, hansı ki, bunun nəticəsində yeniyetmənin davranışında, ünsiyyətində hansısa bir problemin olduğunu həm ailə, həm də məktəb müşahidə edir. Burada qalır böhran yaşayan yeniyetməyə zamanında dəstəyin göstərilməsi. Şübhəsiz ki, birinci növbədə ailə bu dəstəyi göstərməkdə təşəbbüskar olmalıdır və problemə müdaxilə etmək üçün həm məktəb psixoloqunun, həm də digər mütəxəssislərin köməyindən istifadə edə bilər.

ELNUR Rüstəmov | Düşüncə Jurnalı

Psixoloq: “Yeniyetməlik böhranı deyilən bir məqam var, bəzi uşaqlar onu ağır keçirir”

Bəzən yeniyetmələr bu böhran dövründə təhsildən uzaqlaşırlar, onlardakı bu davranış, ünsiyyət problemi sonradan onların gələcək davranışlarına da təsir göstərir. Ona görə də zamanında bu cür problemlərə konkret olaraq müdaxilənin edilməsi tövsiyə olunur. Əks təqdirdə görürük ki, zaman keçdikcə bu problem dərinləşir, həmin yeniyetmənin həm karyera, həm də ailə qurmasına, həm də sosial mühitə inteqrasiya etməsinə mənfi təsir göstərir. Ümumiyyətlə, yeniyetmələrdə intiharla bağlı hər hansı siqnal, çağırış varsa mütləq şəkildə valideynlər bu məsələyə diqqətlə yanaşmalı və bunun səbəblərini araşdırmalı, aradan qaldırılması istiqamətində konkret iş aparmalıdırlar”.

Sosioloq Sahib Altay i mövzuya bu cür şərh bildirdi: “Ümumiyyətlə hansısa prosesin mütləq şəkildə müxtəlif səbəbləri olur. Bunu eyni, həmçinin müxtəlif qəbildən olan hadisələr haqqında da demək olar. İntihar da neqativ hallardan biridir. Səbəblər isə ümumi primitiv və xüsusi ciddi səbəblərə ayrılır. Məsələn, dünyada insan sayı nə qədər çoxalırsa, say tərkibi genişlənirsə, insanla bağlı neqativ və pozitiv hallar da artır. Beləliklə ilk növbədə ümumi primitiv səbəb say  tərkibi məsələdir.

İçiboş bir qoca fil heykəlinin daxilinə sığınan üstüaçıq, mürgülü Qavroşluqdur, yalnızlıq…”- Sahib Altay – Yazarbaycan

Sosioloq: “Valideynlər övladlarına qarşı daha diqqətli olmalıdırlar”

İndi intiharın artmasının səbəbləri də artıb. Məsələ ondan ibarətdir ki, intiharı formalaşdıracaq səbəblər çoxaldıqca bu da gərginlik yaradır və intihara gətirib çıxarır. İntihar odur ki, həmin məqamda insanın artıq həyata tutunma səbəbi olmur. İntihar etmək istəyən şəxsin yanında kimsə olub, ona dəstək olsa, təsəlli verə bilsə bunun qarşısını ala bilər. Var qərarlaşdırılmış intiharlar, bu zaman həmin insanlara stimul vermək çətin olur, bir də var anidən baş vermiş intiharlar. Çox təəssüf ki, son zamanlar uşaqların intiharları haqda da tez-tez eşidirik. Bu o deməkdir ki, valideynlər övladlarına qarşı daha diqqətli olmalıdırlar. İntiharlarda “Verter effekti” deyilən bir şey var. Nə qədər çox danışılsa, rast gəlmə tezliyi artır. Bu “Gənc Verterin iztibarları” əsərindən götürülmüş bir şeydir. Bu kitab çap olunanda insanlar başladılar həmin qəhrəman kimi intihar etməyə. Bununla bağlı digər effekt var, mətbuat və televiziyada nə qədər çox neqativ hallar gördükdə, ona qarşı vərdiş yaranır. Fikrimcə intihar hallar mətbuatda, mediada çox da yayımlanmamalıdır. Yayımlananda belə xüsusi mətbuat prinsipləri əsasında olmalıdır. İnkişaf etmiş ölkələrdə bu cür model var. İnsanları daha çox yaşamağa sövq etmək lazımdır.

Uşaqların intiharı məsələsinə qayıdaraq deyə bilərəm ki, ümumiyyətlə istənilən yaşda intihar faciədir. Son zamanlar yeniyetmələrin və gənclərin intiharlarının artması isə çox ciddi problemdir. Düşünməliyik ki, 13-14 yaşlı yeniyetməni intihara nə sövq edir? Əlbəttə ki, bunun alt qatında psixoloji amillər dayanır. Belə hallarda valideyn-övlad münasibətləri qaydasında olmur, yeniyetmənin müəyyən travmaları olur. Mütləq şəkildə valideynlər əvvəlcədən məsələyə müdaxilə etməli, çıxış yolları tapmalıdır. Ümumiyyətlə isə, intiharların statistikası toplanmalı, üzərində sosial tədqiqatlar aparılmalı, araşdırılmalı və mətbuata verilməlidir. Bir daha qeyd edirəm ki, mətbuatda intihar hadisələrinin üzərində şou, reytinq yaratmaq olmaz, bu şüuraltı olaraq insanlara təsir edir”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir