usaqlar

Uşaqlar niyə yatmır? – Valideynlərin menyusuna

Baxış sayı: 1. 640

Uşaqlarda (0-5 yaş arası) yuxu pozğunluğu valideynlərin tez-tez qarşılaşdığı problemlərdən biridir. Belə hallarda valideynlər müxtəlif üsullara əl atmalı olurlar. Uşaq yatmırsa, o, ya məcbur yatırdılır, ya da müəyyən sakitləşdrici pereparatlarla yuxuya verilir. Bu da uşağın sağlamlığı üçün olduqca zərəlidir.

Maraqlıdır, uşaqlar niyə yatmır?

Mövzu ilə bağlı fikirlərini bildirən pediatr Mehriban İbrahimova bildirdi ki, uşaqların yata bilməməsi onların sinir sisitemi ilə bağlıdır:

– Sinir sistemində melatonin və serotonin deyilən hormonlar var. Serotonin xoşbəxtlik hormondur, oyanmanı təmin edir. Melatonin isə yatmanı tənzimləyir. Serotonin hormonu çox olan uşaqlar daha aktiv, oyaq və yatmağa meyilsiz olurlar. Melatonin hormonu əskik olan uşaqlarda isə yuxu pozğunluğu olur.

 

Uşağın yuxu rejimini necə normaya salmaq olar?

– Günün ikinci yarısında uşağı, onun beynini aktivləşdirəcək hərəkətlərdən çəkindirmək lazımdır. Oynamaq, atılıb-düşmək və s. Sakit bir mahnı ilə onun beynini sakitləşdirmək olar. Valideynlər gündəlik olaraq uşağın yuxu rejiminə nəzarət etməlidir. Necə? Uşaq gec yatırsa, onun yuxu vaxtını hər dəfə yarım saat qabağa çəkin. Məsələn, 11-də yatan uşağı saat 9-da yatırtmağa çalışsanız, yatmayacaq. Onu hər gün yarım saat tez yatırtsanız, tədricən yuxu rejimi normaya düşür. Uşaqların gün ərzində azı 8-10 saat yatması mütləqdir.

Əksər valideynlər uşaqları yatırmaq üçün sakitləşdirici preparatlardan istifadə edir. Belə sakitləşdirici dərmanlar çox zərəlidir. Sadəcə serotonin və melatonin hormonlarının nisbətini bərpa etməklə uşaqlarda yuxu rejimini bərpa etmək mümkündür.

Melatonin hormonun nisbətini necə qorumaq olar?

– Melatonin insanda olmalı olan hormondur. Bu, süni surətdə kənardan gəlmir. Onun qəbulu isə həkim tərəfindən müəyyənləşdirilir. Bunun üçün uşağa həkim tərəfindən dərman yazılmalıdır. Kiçik damcılarla verilən bu dərmanlar uşaqlarda yuxu sistemi normaya salır. Amma bir şərtlə ki, bilməlisən, o uşaqda somatik xəstəlik var, ya yox. Qan azlığı, kəllədaxili təziq, beyin qıcıqlandıran parazital xəstəliklər, ailədə şiddət və s. Ona görə də, uşağı bəzi müayinələrdən keçirmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir