usaq

Uşaqlar üçün payız dəbi – FOTOLAR

Baxış sayı: 183

Payız fəsli gələn kimi yağışlar başlayır. Bu fəsildə havalar tez-tez dəyişdiyi üçün insanlar geyim seçərkən diqqətli olmağa çalışırlar. Yağışlı havada əziyyət çəkən isə ən çox uşaqlardır. Ümumiyyətlə, bu il balacalar üçün necə geyim seçilməlidir?

Bu dəfə uşaqlar üçün nəzərdə tutulmuş 2020-ci ilin payız geyimləri ilə bağlı yazı hazırlamışıq.

Modelyer Arzu Yılmaz bildirir ki, bu il payız-qış uşaq geyimləri daha rəngarəng olacaq:

“2020-ci il uşaq geyimlərində 90-cı illərin dəbi geri qayıdacaq. O illərin bəzi detallarını özündə birləşdirən geyimlər trend olacaq. Rəng kimi daha canlı və parlaq rənglərə üstünlük veriləcək. Eyni zamanda, hörmə jaketlər, hörmə koftalar, naxışdan istifadə edilmiş geyim nümunələri dəbdə olacaq. Bundan başqa, aksesuarlar moda üslubunun əsas elementləridir. Uşaqlar üçün maraqlı aksesuarlarla onlara daha şirin, gözəl görüntü bəxş etmək olar. Ayaqqabı olaraq rəngli çəkmələr və qeyri-adi kobud görünüşlü idman ayaqqabıları dəbdə olacaq. Həm məktəblilər, həm də balacalar üçün çanta olduqca vacib elementdir.

A.Yılmaz payızda uşaqları yağışdan qorumaq üçün bəzi məsləhətlər də verdi:

“Uşaq geyimlərində öncə materiala və geyimin rahatlığına diqqət edilməlidir. Uşaqları həm üşüməyəcək, həm də tərləməyəcək şəkildə geyindirmək lazımdır. Kətan, pambıq materialdan, dərinin nəfəs almasına mane olmayacaq parçadan geyimlər seçilməlidir. Sintetik, hava keçirməyən geyimlərdən uzaq olmaq məsləhətdir. Uşaqları üst-üstə geyindirmək yerinə, nazik kofta üstündən yağış üçün nəzərdə tutulmuş gödəkcə və ya palto geyindirmək daha yaxşı olar”.

Modelyer bildirir ki, payızda tez-tez yağış yağdığı üçün uşaqlara görə nəzərdə tutulmuş çətir də hər zaman yanlarında olsa, onları yağışdan qorumuş olarıq”.

usaq 5

usaq 2

 

usaq 4

usaq 3

 

 

 

usaq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir