sevgi

Uşaqlar üçün sevgi nədir? – MÖHTƏŞƏM CAVABLAR

Baxış sayı: 1. 624

Aparılan araşdırma zamanı 4-8 yaş arası uşaqlara “Sevgi nədir?“ sualı verilib. Verilən cavablar isə çox geniş və dərin məna daşıyıb. “Gencaile.az” həmin maraqlı cavabları təqdim edir.

 

Uşaqların dünyasında sevgi nədir?

Rebeka (6 yaş) – Mənim nənəm xəstələnəndə tərpənə bilmədiyi üçün ayaq dırnaqlarına “lak” çəkə bilmirdi. Onda mənim babam bu işi onun üçün həmişə özü edirdi. Bu, sevgidir.

Billi (4 yaş) – Əgər kimsə səni seirsə, sənin adını xüsusi deyəcək. Və sən bilirsən ki, sənin adın onun ağzındaykən təhlükəsiz yerdədir.

Krissi (6 yaş) – Sevgi – yeməyə gedəndə qarşılığında heç nə istəmədən qızarmış kartoflarının yarısını həmin adama verməkdir.

Terri (4 yaş) – Sevgi – yorulanda belə, səni gülməyə məcbur edən yeganə şeydir.

Denni (7 yaş) – Sevgi – anamın atama qəhvə hazırlayanda ona vermədən əvvəl dadlı olub-olmadığına əmin olmaq üçün bir qurtum içməsidir.

Emili (8 yaş) – Sevgi o zaman yaşanır ki, həmişə öpüşərsiniz. Öpüşməkdən yorulanda isə bütün günü bir yerdə olmaq və söhbət etmək istəyirsiniz. Mənim atam və anamda da belədir. Onlar bir-birini öpəndə bir insan olurlar.

Noel (7 yaş) – Sevgi –  bəyəndiyin oğlana “bu köynəyini xoşlayıram” dediyin üçün bütün günü həmin köynəyi geyinməsidir.

Kris (7 yaş) – Sevgi – anamın atama üst-başı çirkli olsa belə, Robert Redford kimi yaraşıqlı olduğunu deməsidir.

Meri Enn (4 yaş) – Sevgi – itini bütün günü evdə yalnız buraxsan da, yenə də gəlib qarşında oturmasıdır.

Cesika (8 yaş) – Əgər sən sevmirsənsə, “səni sevirəm” deməməlisən. Yox əgər sevirsənsə, sevdiyini həmişə deməlisən. İnsanlar isə bunu unudurlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir