Oyuncaqlar

Uşaqlar üçün təhlükəli oyuncaqlar

Baxış sayı: 803

Dünyada uşaqlar üçün müxtəlif oyuncaqlar istehsal olunur. Rəngarəngliyi və çoxfunksiyalılığı ilə seçilən bu oyuncaqlara maraq böyükdür. Onlar arasında uşaqlar və valideynlər üçün təhlükəli olanları çoxdur. Həmin oyuncaqların bir çoxunun satışı artıq Avropa ölkələrində qadağan olunub.

Beləliklə, uşaqlar üçün təhlükəli oyuncaqları təqdim edirik:

 

“Yemək yeyən” oyuncaq

Qız uşaqlarını nəzərdə tutaraq istehsal olunan bu oyuncaq zərərsiz olmalı idi. Amma təəssüf ki, oyuncaq ümidləri doğrultmadı. Acanda yemək yedizdirilə bilən bu gəlinciyin ağzına mator quraşdırılıb ki, ona verilən plastik qidanı qəbul etsin. Təsadüfən uşaqlardan birinin saçı xüsusi qida əvəzinə gəlinciyin ağız hissəsinə daxil olub. Oyuncaq uşağın başının dərisini tamamilə qopardıb. Oyuncağa tətbiq edilən funksiyada “on”-“off” düyməsi olmadığından anında müdaxilə etmək mümkün deyildi.

 

“Cırt-cırtlı” biləklik

Son zamanlar uşaqların ən sevimli oyuncaqlarından biri “cırt-cırtlı” biləklikdir. Rəngli biləkliklər metal parçalarının köhnə plastiklərə “press”lənməsi nəticəsində düzəldilir. Bir müddətdən sonra məşhur olan oyuncağın ucuz versiyası hazırlanmağa başlandı. Elə problemlər də bundan sonra özünü büruzə verib. Slikon örtük qopduqda, metal parçası uşaqların qolunu kəsib. Araşdırmalar nəticəsində “cırt-cırtlı” oyuncağın istehsalı dayandırıldı.

 

Rəqqasə mələklər

Düyməni basıb, ipi dartdıqdan sonra bu gəlinciklər havada rəqs edir. Oyuncaq 6 il satıldıqdan sonra çoxsaylı şikayətlər nəticəsində satışdan yığışdırıldı. Rəqs edən gəlincik yerə düşən zaman həm uşaqların, həm də böyüklərin səhhətində problemlər yaradıb. İlk baxışdan mələk obrazı yaradan gəlincik 150 nəfərdə yaralanmaya səbəb olub.

 

Su topları

Kiçik toplar suya atdıqdan sonra şişir. Amma körpə uşaqlar bəzən bu topları qabda deyil, ağızlarında saxlayırlar. Bu zaman toplar bədəndə də şişməyə başlayır və sağlamlıq üçün böyük risk yaradır. Ancaq əməliyyatla götürülməsi mümkün olan topun satışı qadağan edildi.

 

Maqnit birləşməsi

Kiçik maqnit parçalarını birləşdirmək uşaqların xəyal gücünü inkişaf elətdirir. Amma bu birləşmələr çox vaxt körpə üçün təhlükəlidir. Belə ki, maqnit parçalarını birləşdirən kiçik dəmirlər birləşmədən çıxa bilir. 20 aylıq körpə bu kiçik dəmir parçasını udandan sonra oyuncaq satışdan yığışdırıldı.

 

Seqvay

2015-ci ildən məşhur olan seqvay gənclərin sevimli oyuncağı sırasındadır. Bir gecədə məşhur olan seqvay ucuz istehsalçılar tərəfindən Çində istehsal edilməyə başladı. Ucuz ətin isə şorbası olmur. Belə ki, elektriklə işləyən və ucuz istehsal olunan segvaylar çox vaxt yanğına səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir