usaq

Uşaqlar zorla himayəyə verilir?

Baxış sayı: 530

Bəzi hallarda uşağın zorla qarşı tərəflə görüşdürülməsi və himayəyə verilməsi hallarına da rast gəlinib. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyir.

Komitə rəsmisi bildirir ki, uşaqla ünsiyyətlə bağlı 54, uşaqların digər qohumlarının himayəsinə verilməsi ilə bağlı 11 müraciət daxil olub.

A.Sofiyeva bildirir ki, bəzi hallarda uşağın zorla qarşı tərəflə görüşdürülməsi və himayəyə verilməsi hallarına da rast gəlinib.

aynur_sofiyeva_feecd7004f5a19c7917a6509cbd29097

Onun sözlərinə görə, sənədlərin icrası zamanı bəzən uşaqların psixi-emosional vəziyyətinin düzgün qiymətləndirilməməsi halları aşkarlanıb: “Biz müraciətlər zamanı yerli icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları tərəfindən verilən rəylərdə bəzən uşaqların mənafeyi məsələsinə qeyri-obyektiv tərzdə yanaşılma müşahidə etmişik. Ona görə də mediatorlar tərəfindən məsələyə qərəzsiz şəkildə yanaşılması üçün komissiyanın rəyi mütləq istinad sənədi kimi qəbul olunmamalıdır”.

Sədr müavini deyir ki, mediatorlar tərəfindən komissiya rəyi verilməsi üçün müraciət edildiyi halda konkret suallar qoyulmalı və onun cavablandırılması tələb olunmalıdır: “Uşaqların mənafeyi ilə bağlı məsələlərin həssaslığı nəzərə alınaraq qeyri-hökumət təşkilatları və dövlət qurumları, eləcə də bu sahədə məşğul olan mütəxəssislərlə qarşılıqlı iş aparılmalıdır”.

 

Psixi-emosional vəziyyətin düzgün qiymətləndirilməməsi halları da aşkarlanıb

Sənədlərin icrası zamanı bəzən uşaqların psixi-emosional vəziyyətinin düzgün qiymətləndirilməməsi hallarının aşkarlanmasından danışan A.Sofiyeva qeyd edir ki, müraciətlər zamanı yerli icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları tərəfindən verilən rəylərdə bəzən uşaqların mənafeyi məsələsinə qeyri-obyektiv tərzdə yanaşılma müşahidə edilib:

“Ona görə də mediatorlar tərəfindən məsələyə qərəzsiz şəkildə yanaşılması üçün komissiyanın rəyi mütləq istinad sənədi kimi qəbul olunmamalıdır. Mediatorlar tərəfindən komissiya rəyi verilməsi üçün müraciət edildiyi halda konkret suallar qoyulmalı və onun cavablandırılması tələb olunmalıdır”.

Ombudsman Sebine Eliyeva

Ombudsman Səbinə Əliyeva isə vurğulayır ki, mediasiya uşaqların istəklərinə cavab verməlidir:

“Boşanmalar bir çox hallarda adi hala çevrilir. Bəzən tərəflər hüquqa zidd hərəkətlər edirlər. Bu hallar daha çox uşağın kimdə qalması, uşağın harada yaşamasına və aliment hüququ ilə bağlı olur. Təəssüf doğuran məqamlardan biri də aliment ödənişləri ilə bağlı yaşanan çətinliklərdir”.

hicran huseynova

Ailələrdəki mübahisələr depressiyaya səbəb olur

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirir ki, ailədə baş verən mübahisələr uşaqlarda depressiya, davranış pozğunluğu yaradır: “Araşdırmalar nəticəsində mübahisələr oğlan və qız övladlarına fərqli təsir göstərir. Qızlara mənəvi təsir edirsə, oğlanlarda davranış pozğunluğu yaradır. Valideynlər boşanan zaman bu nüansları nəzərə almalıdırlar”.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir