ad

Uşaqlara daha çox hansı adlar qoyulur?

Baxış sayı: 1. 703

2015-ci ilin yanvar ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan oğlan adları arasında üstünlük yenə də Yusifə, qız adları sırasında isə üstünlük Zəhraya məxsusdur.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, ötən ay daha çox qoyulan oğlan adları arasında Yusifdən sonrakı yerlərdə Əli, Hüseyn, Məhəmməd və Murad gəlir. Qız uşaqlarına verilən ən populyar adlar sırasında Zəhranın ardınca Nuray, Fatimə, Aylin, Ayan, Zeynəb gəlir.

Qeyd edək ki, Yusif və Zəhra adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tuturlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir