usaq

Uşaqlara qarşı zorakılıqla bağlı sənəd: nələr DƏYİŞƏCƏK?

Baxış sayı: 973

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirir ki, qurum uşaqlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı hazırladığı sənəd artıq Milli Məclisə təqdim olunub.

Mövzu ilə bağlı danışan Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva bildirir ki, bu cür sənədlər hazırlananda ictimai müzakirəyə çıxarılmır:

“Bu sənədlər çox kiçik qruplarda müzakirə edilir. Onu da deyim ki, uşaq hüquqlarının müdafiəsi istiqamətində yetərincə istər milli, istərsə də beynəlxalq konvensiyalar qəbul edilib. Bununla bağlı Azərbaycan da bir çox konvensiyalara qoşulub. Sözügedən sənədlərdə isə uşaq hüquqlarının müdafiəsi nəzərdə tutulub”.

Z.Mustafayeva əlavə edir ki, Ombudsmanın hazırladığı sənəddə həmin milli konvensiyadakı uşaq hüququ müddəaları ilə bağlı daha dəqiq ifadələrin yer aldığına inanır:

“Hesab edirəm ki, həmin sənəddə uşaqlara qarşı şiddət üçün məsuliyyət dərəcələri konkretləşdirilərək, cinayət və inzibati xətalar məcəlləsində dəyişikliklərin olması zəruridir. Həmçinin həmin sənəddə uşaqların şiddətdən müdafiəsi sahəsində ictimaiyyətin iştirakının gücləndirilməsi nəzərdə tutulmalıdır. Məsələn, bununla bağlı qrant müsabiqələr elan olunmalı, dövlət sosial sifarişləri ilə işləyən mərkəzlərin sayı artmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir