usaqlar

Uşaqlara verilən adlar onların psixologiyasına, gələcəyinə necə təsir edir?

Baxış sayı: 1. 553

Əvvəllər tez-tez istifadə olunan adlar artıq unudulmaq üzrədir. Belə davam etsə, Müşfiq, Hamlet, Məcnun kimi adlarla yalnız kitablarda rastlaşacağıq. İndi valideynlər qeyri-adi adlara üstünlük verirlər. Hətta istədikləri adı övladlarına qoymaq üçün dəridən-qabıqdan çıxanlar da var. Məsələn, Azərbaycanda bir uşaq 6 aydır adsızdır. Buna səbəb atanın oğluna “Musab” adını vermək istəyidir. Adın qeydiyyat idarəsində qəbul edilməməsi isə ona əks təsir edib və müraciəti dəfələrlə təkrarlayıb. Nəticədə isə, uşaq 6 ay adsız qalıb.

Bənzər halların artması valideynlər tərəfindən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına edilən müraciətlərə də təsir edib. Məktub göndərənlərin əksəriyyəti “Ə” hərfini “A” ilə əvəzləmək istəyirlər. Əli kimi məşhur adı Ali, Əzimi isə Azim deyə yazdırmaq istəyənlər var. Müraciətlərin ən diqqət çəkəni isə soyadını dəyişdirmək istəyən şəxsə məxsusdur.

Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, Şekspir, Meyvəli, Əbuturab kimi adları övladına vermək istəyən valideynlərin tələbi də rədd edilib. Əbülfəz adını Əbülfəzl kimi yazdırmaq istəyən ana-ataya da “yox” cavabı verilib. Oğlana qız, qız uşağına isə oğlan adı qoymaq istəyən valideynlər də komissiyaya məktub göndəriblər.

Bəs görəsən niyə bizdə valideynlər uşaqlarına belə qəribə adlar verməkdə israrlıdır. Bu düzgündürmü? Ekspertlərin rəyini öyrəndik.

Sosioloq Lalə Mehralı sözügedən məsələyə öz münasibətini bildirdi: “Əvvəlcə qeyd edim ki, Musab ərəb mənşəli addır, bizim dilimizdə heç bir məna və anlam kəsb etmir, amma İslam tarixinə görə Məhəmməd Peyğəmbərin Musab adlı bir dostu olub. Ərəb dilində bu ad güclü, dözümlü mənasını verir. Ola bilsin övladına bu adı vermək istəyən valideyn bunu bilir və məhz bu səbəbdən bu adı uşağına qoymaq istəyir. Ona bu adı qoymağı qadağan edən qurum nədənsə Esra, Ceyla kimi adları normal hesab edir. Halbuki bu adlar da dilimizdə heç bir məna kəsb etmir, məntiqlə bu adların da qoyulmasına icazə verilməməlidir. Mən hər millətin övladına öz milli kökünə xas, dilində dolğun mənası olan ad qoyulmasının tərəfdarıyam. Ad insanın ruhu ilə bütövləşir, gələcəyini təyin edir, yaşayacaqlarına təsir göstərir. Bir azərbaycanlı öz soy-kökünü unudub övladına ərəb mənşəli ad verəndə bilməlidir ki, onun taleyini ikitirəli edir. Körpənin soyu-kökü azərbaycanlı, adı ərəb adıdırsa, bu haçalanma onun taleyində öz əksini göstərəcək mütləq. Mən övladına Xırda, Məstan adı vermək istəyən adamlar tanıyıram. Bir dəfə şahidi oldum, Asan Xidmətdə bir ata oğluna Kral adı verilməsi üçün var gücü ilə israr edirdi. Xidmət əməkdaşı bu adı verə bilməyəcəkərini deyəndə isə, ata şöbədə hay-küy saldı, polislər işə qarışmalı oldu. Yəni əslində valideynlər nə istədiklərini anlasalar, mənası, kökü olmayan adların körpəyə qoyulmasının doğru olmadığını bilsələr bu cür problemlər yaşanmaz”.

Sosioloq deyir ki, bəzən adı sənədləşdirən qurumun əməkdaşları da milli köklü adı seçməkdə çətinlik çəkirlər: “Onlara verilmiş siyahıda olmayan adı milli də olsa münasib hesab eləmirlər. Öz başıma da oxşar əhvalat gəlib, qızım anadan olanda Asan Xidmətdən şəhadətnamə alarkən uşağa vermək istədiyimiz Elana adını milli mənşəli hesab etmədiklərini, buna görə də sənədə yaza bilməyəcəklərini dedilər. Dəfələrlə açıqlayandan, adın el və ana sözlərindən yarandığını, mənasının “el anası” olduğunu başa salandan sonra şöbədə ümumi məsləhətləşmə edib adı sənədə yazmağa razı oldular. Pakistan hökuməti 4-5 il əvvəl ölkədə doğulan uşaqlara Məhəmməd adının qoyulmasını bir müddətlik qadağan etmişdi. Səbəbi də ölkədəki kişilərin demək olar ki, əksəriyyətinin adının Məhəmməd olması, üstəlik, cinayətkarlar arasında Məhəmməd adlı adamların sayının çoxalması göstərilmişdi. Məncə, bizim ölkəmizdə də Məhəmməd, Əli, Hüseyn, Həsən, Zeynəb, Fatimə, Aişə kimi dini adlar həddindən çox qoyulur. Bunu düşünəndə həmişə yadıma “Çalıquşu” əsərindəki Fəridə müəllimənin sinfindəki uşaqların adlarının Aişə, Zəhra olması düşür. Bizim yüzlərlə milli adlarımız, gözəl mənalı sözlərimiz var. Bu qədər ad içindən bir ad bəyənməyib, ərəb sözlərinə meyl salmaq soy-kökümüzə qarşı hörmətsizlikdir”.

Sosial psixoloq Nail Cəlil bizimlə söhbətində bildirdi ki, ad məsələsinə müvafiq dövlət strukturlarının belə diqqət, həssaslıqla yanaşması təqdirəlayiqdir: “Valideynin israrı isə anlaşılan, başadüşülən deyil. Burada valideynin seçim imkanları istənilən halda böyükdür. Digər tərəfdən, valideynin üzərinə burada övladın gələcəyi, taleyi ilƏvvəllər tez-tez istifadə olunan adlar artıq unudulmaq üzrədir. Belə davam etsə, Müşfiq, Hamlet, Məcnun kimi adlarla yalnız kitablarda rastlaşacağıq. İndi valideynlər qeyri-adi adlara üstünlük verirlər. Hətta istədikləri adı övladlarına qoymaq üçün dəridən-qabıqdan çıxanlar da var. Məsələn, Azərbaycanda bir uşaq 6 aydır adsızdır. Buna səbəb atanın oğluna “Musab” adını vermək istəyidir. Adın qeydiyyat idarəsində qəbul edilməməsi isə ona əks təsir edib və müraciəti dəfələrlə təkrarlayıb. Nəticədə isə, uşaq 6 ay adsız qalıb.

Bənzər halların artması valideynlər tərəfindən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına edilən müraciətlərə də təsir edib. Məktub göndərənlərin əksəriyyəti “Ə” hərfini “A” ilə əvəzləmək istəyirlər. Əli kimi məşhur adı Ali, Əzimi isə Azim deyə yazdırmaq istəyənlər var. Müraciətlərin ən diqqət çəkəni isə soyadını dəyişdirmək istəyən şəxsə məxsusdur.

Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, Şekspir, Meyvəli, Əbuturab kimi adları övladına vermək istəyən valideynlərin tələbi də rədd edilib. Əbülfəz adını Əbülfəzl kimi yazdırmaq istəyən ana-ataya da “yox” cavabı verilib. Oğlana qız, qız uşağına isə oğlan adı qoymaq istəyən valideynlər də komissiyaya məktub göndəriblər.

Bəs görəsən niyə bizdə valideynlər uşaqlarına belə qəribə adlar verməkdə israrlıdır. Bu düzgündürmü? Ekspertlərin rəyini öyrəndik.

Sosioloq Lalə Mehralı sözügedən məsələyə öz münasibətini bildirdi: “Əvvəlcə qeyd edim ki, Musab ərəb mənşəli addır, bizim dilimizdə heç bir məna və anlam kəsb etmir, amma İslam tarixinə görə Məhəmməd Peyğəmbərin Musab adlı bir dostu olub. Ərəb dilində bu ad güclü, dözümlü mənasını verir. Ola bilsin övladına bu adı vermək istəyən valideyn bunu bilir və məhz bu səbəbdən bu adı uşağına qoymaq istəyir. Ona bu adı qoymağı qadağan edən qurum nədənsə Esra, Ceyla kimi adları normal hesab edir. Halbuki bu adlar da dilimizdə heç bir məna kəsb etmir, məntiqlə bu adların da qoyulmasına icazə verilməməlidir. Mən hər millətin övladına öz milli kökünə xas, dilində dolğun mənası olan ad qoyulmasının tərəfdarıyam. Ad insanın ruhu ilə bütövləşir, gələcəyini təyin edir, yaşayacaqlarına təsir göstərir. Bir azərbaycanlı öz soy-kökünü unudub övladına ərəb mənşəli ad verəndə bilməlidir ki, onun taleyini ikitirəli edir. Körpənin soyu-kökü azərbaycanlı, adı ərəb adıdırsa, bu haçalanma onun taleyində öz əksini göstərəcək mütləq. Mən övladına Xırda, Məstan adı vermək istəyən adamlar tanıyıram. Bir dəfə şahidi oldum, Asan Xidmətdə bir ata oğluna Kral adı verilməsi üçün var gücü ilə israr edirdi. Xidmət əməkdaşı bu adı verə bilməyəcəkərini deyəndə isə, ata şöbədə hay-küy saldı, polislər işə qarışmalı oldu. Yəni əslində valideynlər nə istədiklərini anlasalar, mənası, kökü olmayan adların körpəyə qoyulmasının doğru olmadığını bilsələr bu cür problemlər yaşanmaz”.

Sosioloq deyir ki, bəzən adı sənədləşdirən qurumun əməkdaşları da milli köklü adı seçməkdə çətinlik çəkirlər: “Onlara verilmiş siyahıda olmayan adı milli də olsa münasib hesab eləmirlər. Öz başıma da oxşar əhvalat gəlib, qızım anadan olanda Asan Xidmətdən şəhadətnamə alarkən uşağa vermək istədiyimiz Elana adını milli mənşəli hesab etmədiklərini, buna görə də sənədə yaza bilməyəcəklərini dedilər. Dəfələrlə açıqlayandan, adın el və ana sözlərindən yarandığını, mənasının “el anası” olduğunu başa salandan sonra şöbədə ümumi məsləhətləşmə edib adı sənədə yazmağa razı oldular. Pakistan hökuməti 4-5 il əvvəl ölkədə doğulan uşaqlara Məhəmməd adının qoyulmasını bir müddətlik qadağan etmişdi. Səbəbi də ölkədəki kişilərin demək olar ki, əksəriyyətinin adının Məhəmməd olması, üstəlik, cinayətkarlar arasında Məhəmməd adlı adamların sayının çoxalması göstərilmişdi. Məncə, bizim ölkəmizdə də Məhəmməd, Əli, Hüseyn, Həsən, Zeynəb, Fatimə, Aişə kimi dini adlar həddindən çox qoyulur. Bunu düşünəndə həmişə yadıma “Çalıquşu” əsərindəki Fəridə müəllimənin sinfindəki uşaqların adlarının Aişə, Zəhra olması düşür. Bizim yüzlərlə milli adlarımız, gözəl mənalı sözlərimiz var. Bu qədər ad içindən bir ad bəyənməyib, ərəb sözlərinə meyl salmaq soy-kökümüzə qarşı hörmətsizlikdir”.

Sosial psixoloq Nail Cəlil bizimlə söhbətində bildirdi ki, ad məsələsinə müvafiq dövlət strukturlarının belə diqqət, həssaslıqla yanaşması təqdirəlayiqdir: “Valideynin israrı isə anlaşılan, başadüşülən deyil. Burada valideynin seçim imkanları istənilən halda böyükdür. Digər tərəfdən, valideynin üzərinə burada övladın gələcəyi, taleyi ilə bağlı böyük məsuliyyət payı düşür. Elə adlar seçilməlidir ki, övladları bu ada görə sonradan utanmasınlar, təəssüf hissi keçirməsinlər Bu mənada, valideynin israrı, bəyənilməyən, qəbul edilməyən bir ada görə övladını altı ay adsız qoyması çox yanlışdır və belə hallar ciddi icimai qınaq obyekti olmalıdır”.

Psixoloq Aydan Talıbova da deyir ki, valideynlər övladlarına ad seçərkən diqqətli olmalıdır: “Çox vaxt valideynlər uşaqlarına öz valideynlərinin adlarını qoymağa üstünlük verirlər. Belə olan təqdirdə isə, çox vaxt uşağı öz adı ilə çağırmırlar. Bu həm də uşağın tərbiyəsinə müəyyən formada yansıyır. Çünki ata, yaxud ana öz valideynlərinin adını övladına qoyanda, digərinə icazə vermirlər ki, o uşağı danlasınlar. Bununla da uşaqlarda davranış pozuntuları formalaşır. Uşaq aqressivləşir, stressə davamsız olur. Çünki valideynlərdən biri daima onu müdafiə edir. Bu da uşağın psixologiyasına mənfi təsir göstərir. Bəzən isə uşağa xarici adların verilməsinə üstünlük verilir ki, bu da düzgün deyil. Bu zaman uşaq öz milliyətindən və mentalitetindən uzaqlaşır. Çünki insanlar bu adı normal qarşılamır. Bu da uşağın davranış və psxiologiyasına əhəmiyyətli təsir göstərir. Yaxşı olar ki, uşaqlara ad seçərkən bu kimi amilləri nəzərə alsınlar”.
ə bağlı böyük məsuliyyət payı düşür. Elə adlar seçilməlidir ki, övladları bu ada görə sonradan utanmasınlar, təəssüf hissi keçirməsinlər Bu mənada, valideynin israrı, bəyənilməyən, qəbul edilməyən bir ada görə övladını altı ay adsız qoyması çox yanlışdır və belə hallar ciddi icimai qınaq obyekti olmalıdır”.

Psixoloq Aydan Talıbova da deyir ki, valideynlər övladlarına ad seçərkən diqqətli olmalıdır: “Çox vaxt valideynlər uşaqlarına öz valideynlərinin adlarını qoymağa üstünlük verirlər. Belə olan təqdirdə isə, çox vaxt uşağı öz adı ilə çağırmırlar. Bu həm də uşağın tərbiyəsinə müəyyən formada yansıyır. Çünki ata, yaxud ana öz valideynlərinin adını övladına qoyanda, digərinə icazə vermirlər ki, o uşağı danlasınlar. Bununla da uşaqlarda davranış pozuntuları formalaşır. Uşaq aqressivləşir, stressə davamsız olur. Çünki valideynlərdən biri daima onu müdafiə edir. Bu da uşağın psixologiyasına mənfi təsir göstərir. Bəzən isə uşağa xarici adların verilməsinə üstünlük verilir ki, bu da düzgün deyil. Bu zaman uşaq öz milliyətindən və mentalitetindən uzaqlaşır. Çünki insanlar bu adı normal qarşılamır. Bu da uşağın davranış və psxiologiyasına əhəmiyyətli təsir göstərir. Yaxşı olar ki, uşaqlara ad seçərkən bu kimi amilləri nəzərə alsınlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir