nuriyye

Uşaqlara verilən fiziki cəzanın fəsadları – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 412

Bir çox valideynlər uşağa fiziki cəza verməklə onları doğru davranışa yönəltdiyini düşünür. Halbuki, döymək, fiziki cəza vermək heç vaxt tərbiyə üsulu ola bilməz. Əksinə, fiziki cəza alan uşaqlarda daha çox problemlərə rast gəlirik. Fiziki cəzanın bir çox fəsadları var. Burada həm fiziki zədə almaqdan, həm də psixoloji zədə almaqdan söhbət gedir. Bu mövzuda biz daha çox psixoloji travmalar üzərində dayanacağıq. Şiddətə məruz qalan uşaqlarda ən çox aşağıdakı halla müşahidə olunur:

  • Qorxaqlıq,
  • Özünəinamsızlıq,
  • Aqressivlik
  • Özündən kiçik və zəif olanları vurma və ya zərər vermə
  • Yuxu pozuntuları
  • Qida pozuntuları
  • Psixosomatik əlamətlər ( baş ağrısı, qarın ağrısı, ürəkbulanma və s.)
  • Enurez (altını islatma)
  • Ailə üzvləri və dostları ilə ünsiyyətdə pozuntular
  • Dərs keyfiyyətinin aşağı düşməsi, dərs zamanı diqqətsiz olmaq və s.

valideyn

Gördüyünüz kimi valideynin kiçik kimi görünən bu cəzası uşağın bütövlükdə həyat keyfiyyətinə mənfi təsir edir və izlər buraxır.

Əgər uşaq dəcəllik edibsə, bunu onun yaşına uyğun cümlələr qurmaqla sakit şəkildə izah etmək lazımdır. Fiziki cəza əsla olmaz! Çünki o, da bunu başqalarına tətbiq edəcək. Valideynlər unutmamalıdır ki, uşaq üçün ən yaxşı nümunə valideynin özüdür. Əgər uşaq səhv edibsə, bu zaman onu sevdiyi bir şeydən müəyyən müddətlik məhrum edə bilərsiniz. Burada diqqət edilməsi vacib olan məqam odur ki, kiçik səhv kiçik cəza, böyük səhv nisbətən böyük cəza ilə verilsin. Yəni, məsələn, uşaq böyük səhv edibsə, onu ən çox sevdiyi bir şeydən qısa müddətlik məhrum edə bilərsiniz. Tutaq ki, uşağınızın ən sevdiyi bir şey televizor izləməkdir. Onu 1-2 saatlıq bundan məhrum edə bilərsiniz.

valideyn

Əgər uşaq dəcəllik edibsə bunu onun yaşına uyğun cümlələr qurmaqla sakit şəkildə izah etmək lazımdır. Fiziki cəza əsla olmaz! Çünki o, da bunu başqalarına tətbiq edəcək. Valideynlər unutmamalıdır ki, uşaq üçün ən yaxşı nümunə elə onların özləridir. Bu məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, fiziki cəza alan uşaqlar etdiyi davranışa qarşı daha laqeyd olurlar. Onlar öz davranışlarına tənqidi yanaşa bilmirlər. Daha doğrusu buna fürsətləri olmur. Çünki uşaq səhv davranış nümayiş etdirir və təhlilə fürsət tapmadan cəza alır. Bu zaman uşaq davranışına deyil aldığı cəzaya diqqətini yönəldir. Və onun həmin vaxt ancaq aldığı cəza düşündürür. Beləcə onlar etdikləri davranışdan nəticə çıxara bilmirlər.

 

Nuriyyə Quliyeva

Peşəkar Psixologiya Mərkəzinin direktoru/ Klinik psixoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir