alllergiya

Uşaqlarda allergiyaya səbəb olan ərzaqlar hansılardır?

Baxış sayı: 1. 662

Süd və süd məhsulları, yumurta, yer fındığı (araxis), qoz-fındıq, balıq, dəniz məhsulları, soya və soya məhsulları, buğda ən geniş yayılmış allergenlər hesab olunur.

Əgər körpə və ya uşaqda allergik reaksiyalar müşahidə olunursa onun rasionuna düzəlişlər edilməli və həkimə müraciət olunmalıdır. Rasiona olan düzəlişlər dedikdə ilk növbədə allergenlərin menyudan çıxarılması nəzərdə tutulur.

Allergiya hətta əlavə qida yeməyən və yalnız ana südü ilə qidalanan körpələrdə belə, müşahidə oluna bilər. Baxmayaraq ki, ana südü özü-özlüyündə heç bir allergiya törətmir, sadəcə ananın yedikləri süd vasitəsilə körpəyə ötürülə bilər. Allergik reaksiya bəzən minimal bəzən isə kəskin şəkildə özünü göstərə bilər. Körpələrdə müşahidə olunan kəskin sancılar, qarın boşluğunda narahatlıqlar, qusma, kəskin ishal, tənəffüsdə yaranan çətinliklər, dəridə yaranan ekzema və digər səpkilər allergiyanın simptomlarıdır.

Körpələr allergiyalardan daha yüngül formada müxtəlif növ ərzaqlara həssaslıq nümayiş etdirə bilərlər. Bu adətən anada qazlılıq yarada biləcək ərzaqlarla əlaqəli ola bilər. Bu zaman körpə kürlük edə hətta daha çox əmizdirilməyi tələb edə bilər. Bu cür həssaslıq olduqda heç bir səpki özünü göstərmir və simptomlar 24 saat ərzində yox olub gedir. Hər bir insan individual olaraq müxtəlif növ ərzaqlara həssas ola bilər.

Yəni birinin həssas olduğu ərzağa digəri heç bir reaksiya göstərməyə bilər. Bu səbəbdən analar özlərinin həssas olduqları ərzaqlardan az istifadə etməklə körpənin potensial həssaslığını azalda bilərlər. Lakin bilməyiniz gərəkdir ki, qaz verən ərzaqların əksəriyyəti həmçinin süd artırma qabiliyyətinə də malikdirlər. O səbəbdən bu qidalardan tamamilə imtina etməyə ehtiyac yoxdur.

İnsanların əksər hissəsinin ən çox həssas olduqları ərzaqlar:

Tərəvəzlər: soğan, ənginar, qulançar, brüssel kələmi, brokoli, kələm, yaşıl noxud və digər paxlalılar.

Meyvələr: gavalı, alma, şaftalı, armud.
Dənli: buğda, yulaf.

Süd və süd məhsulları: pendir, dondurma.

Qazlı içkilər.

 

Vib.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir