Musenber Seferova

Uşaqlarda erkən diş çürümələrinin qarşısını necə almalı?

Baxış sayı: 383

Uşaqlarda bəzən süd dişləri çıxdıqdan qısa zaman sonra erkən diş çüruməsi başlayır. Bu hallara çox rast gəlinir. Ağız boşluğunda bir çox bakteriyalar var, bunların içində sreptococcus mutans daha çox rol oynayır. Burada yeyilən qida, agız suyunun miqdarı, diş ərpinin qalma müddəti və.s əsas səbəbdir. Uşaq 3 yaşdan kiçikdirsə və ağız boşluğunda 5-6 çüruk diş varsa, bu şiddətli erkən uşaq kariyesi adlanır. Erken çürümüş dişlər uşaqlarda ağrı, infeksiya, çeynəmə zamanı narahatlıq, nitq qüsuru, mədə-bağırsaq xəstəlikləri, inkişafın gecikməsi, dəmir defisit anemiya, həyat keyfiyyətinin azalmasının başlıca səbəbidir. Dişlərin çürüməsinə əmzikli butulka (biberon), şirin qidalardan çox istifadə, meyve suları, şirin çay, qazlı içkilər daha çox səbəb olur. Nəzərinizə catdırım ki, altı aydan sonra uşaqlara qaşıqdan istifadə mütləqdir. Bu zaman uşaqlarda çeynəmə əzələləri, damaq və s. daha yaxsi inkişaf edir.

pediatr

Bəs diş çürümələrindən necə qorunmalı?

İlk növbədə diş gigiyenasına nəzarət vacibdir. İki yaşa qədər uşaqların diş təmizliyinə valideyn nəzarət etməlidir. Hər yaşa uyğun diş fırcaları istifadə olunmalıdır. Uşağınız artıq diş pastasını udmursa, (2yasdan sonra) florlu diş pastalarından istifadə edə bilərsiniz. Çalışmaq lazımdır ki,  uşağın qidasında  yuxarıda sadaladığımız qidalardan az istifadə olunsun, qazlı, şəkərli içkilər  borucuqlarla uşağa verilsin. Əmzik istifadəsi zamanı əmziyi bala, doşaba batırıb verməyin. Ağzınıza da əmziyi sürtməməyiniz məsləhətdir.

Uşaqlar üçün gülüşün sərhədi yoxdur və çürük dişlər onları estetik olaraq narahat edə  bilər. Gəlin diqqətli olaq, uşaqların hər anını nəzərdən qaçırmayaq.

 

Citylab klinikasının pediatr-nevroloqu Müsənber Səfərova

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Sumqayıt şəhərində yerləşən Citylab klinikasına müraciət edə və ya (055) 333 13 88 mobil nömrəsi ilə birbaşa   Müsənber Səfərova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir