Uşaqlarda mikrosefaliya təhlükəsi – Analara xəbərdarlıq!

Baxış sayı: 1. 464

normal beyin inkişafı ilə nəticələnən bu xəstəliyə qarşı diqqətli olmaq lazımdır!

Mikrosefaliya olan  uşağın baş çevrəsi kiçikliyi ilə fərqlənir. “Gencaile.az” Ailə.lent.az-a istinadən bu xəstəlik haqqında bəzi məlumatları təqdim edir.

Mikrosefaliya uşağın başının ölçüsünün eyni yaş və eyni cinsdə olan  uşaqlardan daha kiçik olması ilə fərqlənən nadir nevroloji xəstəlikdir. Bəzən uşaq anadan olan kimi, bəzənsə həkim tərəfindən müayinə zamanı aşkar edilir. Mikrosefaliya anormal beyin inkişafı ilə nəticələnə bilər

Mikrosefaliya müxtəlif genetik və ekoloji faktorlarla bağlı ola bilər. Ümumiyyətlə, bu vəziyyət inkişaf pillələrinə də təsir edə və anormal beyin inkişafı ilə nəticələnə bilər. Mikrosefaliyası olan bəzi uşaqlar normal ağıl səviyyəsinə və normal nevroloji inkişafa sahib ola bilərlər.

Mikrosefaliyanın önəmli səbəbləri:

–         Təcrid  ya da sendromik genetik xəstəliklər

–         Bəzi metabolik xəstəliklər

–         Hamiləlikdə dərman, spirtli içki və toksik maddə qəbulu

–         Hamiləlikdə ananın keçirdiyi infeksiya, kifayət qədər qulluq edilməmə, folat çatışmazlığı, plasental çatışmazlığı, hipotroidi

–         Doğuş zamanı liposaksiyaya məruz qalma, infeksiyalar (miningit, ensefalit), travma

–         Bəzi kromozomal anormallıqlar

–         Baş sümüklərinin tez bağlanması

–         Xroniki xəstəliklər (hipotroidi, güllə zədələnməsi, xroniki böyrək çatışmazlığı, doğuşdan olan ürək xəstəlikləri)

Mikrosefaliyanın əlamətləri

–         İnkişaf geriliyi (danışmaq və hərəkətlərə təsir edir)

–         Tarazlıq və koordinasiya çətinlikləri

–         Boy balacalığı

–         Üzdəki anormallıqlar

–         Hiperaktivlik

–         Epilepsiya

–         İntellektual çatışmazlıq

Mikrosefaliyanın müalicəsi

Mikrosefaliyanın konkret müalicəsi yoxdur. Kraniosinostozlar (tikişlərin bir qisminin örtülü, bir qisminin açıq olması) lazım olarsa müalicə edilir. Cərrahiyyə zamanı tez örtülən tikişlərin yeri və sayına görə dəyişir. Yanaşı gedən nevroloji problemləri  müalicə  edərək uşağın yaşamasını uzatmaq olar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir