Uşaqlarda qısqanclıq hissinin necə aradan qaldırmaq olar?

Baxış sayı: 1. 687

Bacı – qardaş qısqanclığının bir sıra səbəbləri var. Bunlardan bir neçəsini misal göstərmək istərdim. Əgər ailədəki uşaqlar arasında hansısa dərslərində daha çox uğurludursa və digəri deyilsə, yəni, biri çox yaxşı oxuyur, digəri zəifdirsə valideyn daima onu tərifləyir, onu misal çəkir. “Bax sən ona oxşamalısan, sən niyə ona oxşamırsan? O, dərslərini yaxşı oxuyur, sən niyə onun kimi yaxşı oxumursan?” deməklə uşaqda özgüvən əksikliyi yaradır və bacı – qardaşına qarşı uşaqda aqressiya yaranır. Eyni zamanda hər şeyə əl atır ki, onu hər zaman pis çıxarsın, nəsə səhv eləmiş olsun və düşünür ki, ”həmişə mən danlanıram bir dəfə də o danlansın”. Bu problemin kökü də, həll yolu da valideynlərdədir. Əgər ailədə 5 yaşında bir uşaq varsa və daima diqqət, nəvaziş, qayğı onun üzərində olubsa, ailəyə yeni bir körpənin gəlməsi ilə təbii olaraq diqqət həmin körpənin üzərinə yönələcək və uşaq da bunu diqqət əksikliyi kimi qəbul edib düşünəcək ki, onu daha istəmirlər. Bu halda nə etmək lazımdır? Məsələn uşağı əvvəlcədən məlumatlandırmaq və öyrəşdirmək lazımdır ki, sənin bacın və ya qardaşın dünyaya gələcək. Siz bir yerdə oyunlar oynacaqsınız, dost olacaqsınız və s. Artıq körpə doğulduqdan sonra isə körpəyə yemək verilməsini və ya çimizdirilməsində onun köməyindən istifadə edə bilərsiniz. Bu zaman o hiss edəcək ki, kənarda qalmır və körpəyə qarşı aqressiyası formalaşmayacaq.
Çox zaman valideynlər buna əhəmiyyət vermirlər. Halbuki, hal – hazırda cəmiyyətimizdə aktual olan problemlərin kökü, mal – mülk arasında olan mübahisələr bundan – uşaqlıq dövründən qaynaqlanır.
Və bir amilə də diqqət çəkmək istərdim ki, körpənin dünyaya gəlməsi ilə uşağın baxçaya getmək dönəmi üst – üstə düşməməlidir. Bu zaman uşaq özünü uzaqlaşdırılmış – lazımsız hiss edə bilər. Bu zaman uşaqların əl atdığı üsullardan biri də evdəki əşyaları qırıb – tökməkdir ki, bununla da diqqəti öz üzərlərinə çəkməyə çalışırlar.
Əgər valideynlər körpə dünyaya gəlməmişdən uşaqdakı aqressiyanı boğa bilsə və onu həmin şəraitə uyğunlaşdırmağa çalışsa uşaqlar ailədə problemsiz ve mehriban böyüyərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir