el yumaq

Uşaqlarda qurd xəstəlikləri niyə yaranır?

Baxış sayı: 503

Qurd xəstəliklərinə daha çox azyaşlılarda rast gəlinir. Təmas yolu ilə yoluxa bilən xəstəlik dırnaqyemə, əllərin düzgün yuyulmaması və gigiyenik qaydalara riayət edilməməsi nəticəsində yaranır.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev həkim məsləhəti olmadan qurd əleyhinə bitki mənşəli dərmanlarla müalicənin düzgün olmadığını deyir: “Hər hansı xəstəliyə dəqiq diaqnoz qoyulmadan başlanılan müalicələr xeyirdən çox ziyan verə bilər. Həkim icazəsi və nəzarəti olmadan qəbul edilən dərmanlar böyrək, qaraciyər, mədə-bağırsaq problemlərinə aparıb çıxara bilər”.

Orqanizmdə qurdun olmasının bir çox əlamətləri var. Əksər hallarda qaşıntı, yuxusuzluq, ümumi narahatlıq, əsəbilik, qarın ağrıları, ürək bulanması ağızdan-ağıza su axması kimi hallarla müşahidə olunur.

Qurd xəstəliklərinin müalicəsində təbii üsullardan daha çox dərman müalicəsinə üstünlük verilməsinin vacibliyini önə çəkən mütəxəssis onu da bildirib ki, valideynlərdə hər hansı bir şübhə olan kimi mütləq şəkildə həkimə müraciət etmək lazımdır.

Qurd xəstəliklərinə barmaqarası baxmaq olmaz, çünki mərkəzi sinir sistemini zədələmək gücünə qadirdir. Qurd daxili orqanda ciddi problemlər yaradaraq uşağın əqli və fiziki inkişafına da təsir edə bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir