xestelik

Uşaqları koronavirus stressindən qorumağın yolları

Baxış sayı: 868

Rusiyalı mütəxəssislər distant təhsil və koronavirus epidemiyasında uşaqları stressdən qorumağın yolları barədə vacib tövsiyələr verib.

“Gencaile.az” saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, psixoloqlar uşaqların bu barədə aldıqları məlumatları məhdudlaşdırmağı məsləhət görüb. Qeyd olunub ki, valideynlər narahat olmamalıdır, uşağa vəziyyət barədə məlumat verilməlidir ki, baş verənləri dərk etsin və təhlükəsiz olduğuna əmin olsun. Psixoloqlar uşağın bütün suallarına əlçatan və başa düşülən şəkildə cavab verilməli olduğunu əlavə edib. “Əsas odur ki, baş verənlərə sakit və adekvat münasibət göstərin”, – deyə əlavə ediblər.

Mütəxəssislər uşağa gündəlik dərs rejimini tərtib etmək və ona riayət etmək mövzusunda yardım göstərməyi, təhsil və sevimli fəaliyyətlərin vaxtını müəyyənləşdirməyi məsləhət görüb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir