KOMPUTER

Uşaqları rəqəmsal dünyadan qorumaq üçün 5 TƏKLİF

Baxış sayı: 617

Koronavirus epidemiyasına görə təhsilin internet üzərindən davam etməsi uşaqların rəqəmsal cihazlarda daha çox vaxt keçirməsinə səbəb oldu. Nə qədər çalışsaq da uşaqları komputerdən və telefondan uzaq tuta bilmədik.

Hesablamalara görə hər 3 internet istifadəçisindən biri uşaqdır. Uşaqlar ailələri, müəllimləri və yoldaşlarından daha çox rəqəmsal  dünyada vaxt keçirir. Ancaq bu hal  uşaqların sağlam inkişafına pis təsir edir.

Uşaqları son vaxtlarda artan rəqəmsal dünyadakı təhlükələrdən qorumaq üçün bəzi təkliflərimiz var;

1) Uşaqları internetdəki təhlükələrə qarşı şüurlu şəkildə bilgiləndirin

Ana və atalar uşaqlarını gerçək həyatdakı təhlükələrdən qorumaq üçün davamlı səy göstərir. Eyni şəkildə internetdən də  şüurlu şəkildə qorumaq lazımdır. Uşaqları internetdəki təhlükələrlə bağlı məlumatlandırmaq lazımdır.

 

2) Valideyn nəzarətinə  laqeyd yanaşmamaq

Uşaq internetdə vaxt keçirərkən onu tək qoymayın. Mütləq nəzarət edin.  Uşağın davranışları da yaxından müşahidə edilməlidir. Əhvalında dəyişiklik, istəksizlik və dərslərinə diqqət göstərməmək kimi gözlənilməz dəyişikliklər  olduqda rəqəmsal dünyadakı addımları yaxından izlənilməlidir.

3) Qadağan etmək yerinə gündəlik istifadə müddəti təyin etmək

Uşaqların rəqəmsal dünyaya olan ehtiyacı, istəyi valideynləri tərəfindən diqqətə alınmalıdır. Qadağan etmək və ya sərt münasibət yerinə gündəlik istifadə müddəti təyin olunmalıdır.

 

4) Filter proqramlarından istifadə etmək

Valideynlər uşaqları zərərli informasiyadan qorumaq üçün uşaqların girdiyi  internet saytlarını mütləq nəzərdən keçirməlidir. Yaşlarına uyğun olmayan və uşağın psixologiyasına mənfi təsir edən saytlara giriş bloklanmalıdır.

 

5) Real həyatda daha çox  vaxt keçirmək lazımdır

Davamlı ekran, planşet və komputerlə zaman keçirməyin sağlamlıq və psixoloji baxımdan bəzi mənfi təsirləri var.  Uşaqlar internetdə və ya telefonda daha çox vaxt keçirdikdə  daha gərgin olur və aqressiv reaksiyalar verirlər. Ana və atalar uşaqları ilə gerçək həyatda keyfiyyətli vaxt  keçirməli, davamlı ünsiyyət qurmalı, evdə mümkünsə ailə üzvləri ilə birgə  oynana biləcək oyunlar seçməli, evdən kənar gəzintiyə çıxmalı və ya birlikdə müxtəlif işlər görməlidirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir