cinayet

Uşaqları valideynlərini öldürməyə kim vadar edir? – Dəhşətli hekayələr

Baxış sayı: 1. 237

Bir azdan qəribə hekayələr oxuyacaqsınız. O hekayələr ki, bəzi valideynlər bunları sosial şəbəkələrdə paylaşır. Çünki onların övladları bu cür qəribə hadisələrlə rastlaşdığını bildirir.

 

1. Salli-qatil

Mənim qızımın Salli adlı xəyali rəfiqəsi var idi. Bir gün qızım Salli haqqında danışdı və onun qatil olduğunu, həbsxanaya düşdüyünü dedi. Çünki o, öz anasının başını kəsmişdi.

 

2. “O Kelliyə oxşayır”

Qızımın 3 yaşı olanda o, Kelli adlı xəyali rəfiqəsi haqqında danışırdı. Kelli qızımın paltar şkafında yaşayırdı. O, uşaq kreslosunda otururdu və qızım yatanda onunla oynayırdı. Xəyali rəfiqələr haqqında adi bir hekayə olduğunu düşünürdük. Ta ki, o günə kimi…

İki ildən sonra biz qorxulu film seyr edirdik. Birdən ekranda qara gözlü ölü qızı göstərdilər. Həmin vaxt qızım içəri daxil oldu və sevincək halda ucadan dedi:

– O, eynilə Kelliyə bənzəyir.

– Hansı Kelli?

– Siz o, ölü qızı xatırlayırsınız. O, bir neçə il öncə mənim şkafımda yaşayırdı.

 

3. Kapitan

Mənim bir tanışım həmişə 7 yaşlı oğlundan danışırdı. Onun oğlu daima eyni kabusu görürdü. Həmişə otağında kiminsə olduğunu, onunla oynadığını deyirdi.

O, həmin dostunu Kapitan adlandırırdı və saqqallı kişi kimi təsvir edirdi. Ən qorxuncu isə Kapitanın onu səhv yönləndirməyi idi. Çünki o, uşağa böyüyəndə insanları öldürəcəyini deyirdi. Lakin həmin qurbanları Kapitan özü müəyyən edəcəkdi.

Uşaq bu haqda danışıb hönkür-hönkür ağlayırdı və heç kəsi öldürmək istəmədiyini deyirdi. Amma Kapitan onu başqa seçiminin olmadığına və yavaş-yavaş qətllərə öyrəşəcəyinə inandırırdı.

 

4. İşıqsaçan qırmızı gözlər

Həmin vaxt oğlumun 4 yaşı var idi. O yatmağa gedəndə otağın bir küncündə hansısa qırmızı gözlü adamın otağı işıqlandırdığını deyirdi.

 

5. Hindli

Mənim kiçik qardaşım lunatizmdən əziyyət çəkirdi və həmçinin onun xəyali dostu var idi. O, dostu Frayyanın tünd dərili olduğunu və vəhşi təbiətdə ov etməyi sevdiyini deyirdi. Bir dəfə qardaşım “Çox-çox illər əvvəl Frayya bizim evin yaxınlığında yaşayıb. Onda hələ ağ insanlar gəlməmişdilər və onun kəndini məhv etməmişdilər” dedi.

4 yaşlı uşağın dilindən bunları eşitmək çox qəribə idi…

 

6. “Mən onu öldürə bilmərəm”

Qardaşım çox kiçik olanda görünməyən bir varlıqla danışırdı. Bir dəfə anam onun belə bir cümləsini eşitdi:

“Mən onu öldürə bilmərəm! O mənim yeganə atamdır!”

 

7. Emili

Bacımın 6 və ya 7 yaşı olanda onun Emili adlı xəyali rəfiqəsi ortaya çıxmışdı. O mənim bacımla yaşıd idi və onun şkafında yaşayırdı. Emilinin köhnə qara donu və uzun qara saçları var idi.

Bacım dayanmadan Emili ilə oynayırdı, valideynlərim isə narahat olmağa başlamışdı. O saatlarla bir yerdə oturur və Emili ilə nə isə haqqında pışıldaşırdı. Lakin ailəmizin qalan üzvləriylə çox da ünsiyyət saxlamırdı.

Xüsusilə, bir gün yadımda qalıb. Həmin gün qardaşım onun otağına girdi. Bacım birdən-birə ona tərəf çevrildi və fışıldadı. Qardaşım ağarmış üzü ilə otaqdan çıxdı və onun bacısına oxşamadığını dedi. Valideynlərim tez onun otağına qaçdılar və “ Gedin!” deyərək qışqırdılar.

İndi artıq bacımın 24 yaşı var. Bir gün ondan Emili haqqında soruşdum. O, Emilinin onu nəyəsə inandırmağa çalışdığını dedi. Başa düşdüyüm qədər, Emili bizim valideynlərimizə nifrət edirdi və bacımı onlara qarşı çevrilməyə çağırırdı.

Bütün bu danışdıqlarım bizim əvvəlki evimizdə baş verirdi. İndiki evə köçəndən sonra Emili yox oldu.

 

8. Aysi

Məktəbin axırıncı sinfində oxuyanda ən yaxın rəfiqəmin evinə qonaq getdim. Qonaq otağında rəfiqəmi gözləyərkən onun 5-6 yaşlı bacısı mənə yaxınlaşıb “Aysi sənin nə vaxt öləcəyini soruşmağımı əmr etdi”.

Mən əsəbi halda bığaltı güldüm. Qorxunc sualdır, elə? Yavaşca ona cavab verdim. “Yox, əlbəttə, bilmirəm. Bunu heç kim bilmir. Amma ümid edirəm ki, mən çox gec öləcəyəm”.

Balaca qız başını kədərlə yellətdi və dedi: “Yox Aysi deyir ki, ölümün bu gün baş verəcək”. Bunu deyib uzaqlaşdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir