usaqlar

Uşaqlarımıza paylaşmağı öyrətməliyikmi?

Baxış sayı: 887
 Oğlumun getdiyi bağçada bir paylaşma qaydası var: Bir uşaq bir oyuncaqla dilədiyi müddət ərzində oynaya bilər. Bir başqası o oyuncaqla oynamaq istəsə, ilk uşağın oyuncağı buraxmasını gözləmək məcburiyyətindədir. Hətta uşağın ayaq yoluna getməsi, yemək yeməsi kimi vəziyyətlərdə oyuncağını biz saxlayırıq ki, başqa bir uşaq almasın. Bu siyasət, binanın içindəki ya da xaricindəki oynananılan hər cür obyektə şamil olunur.

İlk əvvəllər bağçada nə üçün belə bir siyasət olduğunu anlamamışdım. Bağçadakı bütün uşaqlar bu qaydanı bilirlər, məktəbə başladıqdan bir iki həftə sonra qəbul etmiş də olurlar. Madam ki, qayda budur deyib mən də eynilə tətbiq etdim. Lakin son zamanlarda getdiyimiz müxtəlif yerlərdə tam tərsi bir yanaşma ilə qarşılaşıram və məktəbin bu siyasətinin vacibliyini dərk edirəm.

İki müzakirəyə açıq nümunə:

İndi bu mövzuyla əlaqədar və müzakirəyə açıq iki nümunədən bəhs edəcəyəm. İlki bir rəfiqəmin başına gəlib. Rəfiqəm 2 yaşlı oğluyla parkda oynamağa getmişdi. Oğlu oynamaq üçün evdən kiçik bir maşın gətirmişdi. O avtomobiliylə oynayarkən bir az daha böyük bir uşaq yaxınlaşaraq avtomobilini istəmişdi. Rəfiqəmin oğlu da verməyincə uşaqlar arasında yüngül mübahisə yaşanmışdı. Analar vəziyyətə əl qoyduqdan sonra, digər uşağın anası oğluna “görünür ki, anası paylaşmağı öyrətməyib.” demişdi. Bu nöqtədə qeyd edirəm ki, bir şeyin sahibi sizsinizsə, “xeyr” cavabı son dərəcə etibarlı bir cavabdır.

İkincisi isə mənim başıma gəlib. Getdiyim idman salonunda cümə günləri yüzlərlə oyuncaq ortalığa yığılır. Uşaqlar bunlarla istədikləri kimi oynayırlar. Oğlum bunların içindən xüsusilə qırmızı bir avtomobillə oynamağı çox sevir. Oğlum artıq böyüdüyü üçün onu oynayarkən uzaqdan rahatlıqla izləyə bilirəm. Onu seyr edərkən buna şahid oldum: Bir başqa uşaq da o avtomobillə oynamaq istəyirdi və o uşağın anası oğluma “bəli, sən kifayət qədər oynadın, indi sıranı verməlisən” deyirdi. Oğlum  isə qadını eşitməməzlikdən gəlirdi və qadın da bir müddət sonra yoruldu və oğlumun yanından ayrılıb getdilər. Onu da qeyd edim ki, o sırada orada milyon dənə avtomobil vardı və bunlardan bir dənəsi də oğlumun oynadığıyla az qala eyni idi.

Image result for çoçuklara paylaşmayı

 Real həyatdan dərslər:

Hər iki nümunədə də analarla eyni fikirdə deyiləm. Bir uşağa başqa birisinin sahib olduğu bir şeyi – yalnız istədiyi üçün – ala biləcəyini öyrətmək heç doğru deyil. Bir ana olaraq, uşağınıza hər istədiyini verməyə çalışmağın nə demək olduğunu başa düşürəm. Ancaq bunun hər zaman mümkün olmadığını və başqa insanları narahat edə biləcəyini də bilməliyik.

Ayrıca real həyatda işlər belə getmir. Uşağınız hər istədiyi şeyə sahib ola biləcəyini düşünərək böyüməməlidir. Bu mövzuda məntiqimiz şübhəylə qarşılasa da öz həyatınızı düşünün. Market alış verişi əsnasında canınız gözləmək istəmir deyə sırada ən önə keçir bilirsinizmi? Ya da hər hansı bir yetkin insanın bir başqasının telefonunu ya da günəş eynəyini almaq istədiyini görürsünüzmü?

Bunun asan olmadığının fərqindəyəm, ancaq valideynlər olaraq uşaqlarımıza xəyal qırıqlıqları ilə necə başa çıxacaqlarını öyrətmək məcburiyyətindəyik. Və biz hər zaman onların yanında olmayacağıq. Buna görə onlara indi yalnız səbr, səy və möhkəm iradə ilə istədikləri şeylərə sahib ola biləcəklərini öyrətməliyik.

Kiçik uşaq və paylaşma mövzusunda siz nə düşünürsünüz? Bu mövzuda bir qaydanızın olmadığını təxmin edirəm, mənim də uşağım bağçaya başlamazdan əvvəl belə qaydası yox idi. İndi ətrafımdakı ana ataların buna fərqli istiqamətlərdən yanaşdıqlarını görürəm və bu mövzunun üstündə durulmasının vacib olacağını düşünürəm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir