usaq

Uşaqların beşiyindəki gizli təhlükələr

Baxış sayı: 165

Uşaq beşikləri doğru istifadə olunmazsa, gizli təhlükəyə çevrilə bilər. Bəs sizcə uşağınızın beşiyi təhlükəsizlik qaydalarına uyğundurmu?

Hər bir valideyn körpəsinin rahat bir yerdə yatmasını istəyir. Valideynlərin onların rahatlığı üçün seçdiyi və körpələrin vaxtlarının böyük hissəsini keçirdiyi beşiklər əslində diqqət edilməzsə, bir çox təhlükəni də özü ilə gətirə bilər.

Beşik alarkən bunlara diqqət etməyi unutmayın:

Ön hissəsi aşağı enən qapaqlı beşikləri almayın.

Əgər beşik təkərlidirsə, onu yerə yaxşı sabitləyin.

Uşağın hərəkət edərək beşiyi aşırma ehtimalının qarşısını alın.

Beşiyi zəlzələdən mühafizə qanunlarına uyğun olaraq etibarlı bir yerdə yerləşdirin.

Beşiyin bitişik olduğu divara rəf, tablo, güzgü, saat kimi şeylər asmayın.

Xüsusilə körpənizi beşikdə tək qoyduğunuz vaxtlarda beşiyin işinə əlavə yastıq, oyuncaq qoymayın.

Beşik nə qədər boş olarsa, o qədər etibarlıdır.

Beşiyin ətrafına və üstünə bəzək üçün lent kimi şeylər asmayın.

Boğulma təhlükəsindən qorumaq üçün yatarkən üzərinə qalın yorğan örtməyin.

Yatarkən üzərinə örtdüyünüz şeyləri sinəsinə qədər çəkin.

Aldığınız beşiyin zəhərli boyalar ilə rənglənmədiyinə əmin olun.

Beşiyin üzərində mismar kimi zərərli şeylərin olmadığına diqqət edin.

Beşiyin qırılması təhlükəsi ilə qarşı-qarşıya qalmamaq üçün beşiyin sağlamlığını test edin.

Dekotariv görünməsi üçün çox girintili-çıxıntılı beşiklərə üstünlük verməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir