Nezrin Cerullayeva 3

Uşaqların məktəbə adaptasiya dönəmində necə davranmalı?

Baxış sayı: 620

Məktəbə adaptasiya problemi məktəbəqədər dövrdə, ibtidai sinifə başlama ilə meydana çıxsa da, yuxarı siniflərdə universitet mərhələlərinə keçmədə yaşanan vacib bir problemdir. Xüsusi ilə son bir neçə ildir ki, qlobal problem olan pandemiya dönəmində onlayn təhsilə keçməklə birgə məktəbə adaptasiya problemləri daha çox görülür. Bu baxımdan valideynlərin üzərinə düşən öhdəliklər fərqlilik göstərir. Valideynlərin bu dönəmdə edə biləcəyi bəzi addımlar aşağıdakı kimi sıralana bilər.

1) Məktəbə adaptasiyanın reallaşmasında ən vacib addımlardan biri də valideynlərin uşaqları necə bir mərhələdən keçməsi ilə bağlı məlumatlandırmasıdır. Məsələn, yuxarı sinifə keçməklə tək müəllim sistemindən çoxlu müəllim sisteminə keçmək, buraxılış imtahanlarına hazırlıq və s. kimi

2) Həmyaşıdları ilə ünsiyyət qurması, sosiallaşması dəstəklənməlidir. Ana və ataların bir biri ilə tanışa biləcəyi ortamlar yaradıla bilər, uşaqlar ilə birlikdə məktəbdənkənar məsğələlər təskil edilə bilər.

3) Uşaqların başlayacağı yeni sinifə keçid ilə əlaqəli öncədən söhbət aparıla, çətinlik çəkdikləri mövzularda, həmçinin, yeni təlim-tədris ilinə uyğun hədəflər qurmaq, hədəflərə çatmaq üçün dəstək verilə bilər.

4) Məktəbə adaptasiya dönəmində uşağın inkişaf sahələri nəzərə alınmaqla qarşıda onun sosial və akademik bacarıqlarının artırılmasına diqqət edilməlidir.

mekteb

Müəllim və valideynlər bu müddətdə nə edə bilər?

Məktəbə adaptasiya dönəmində çətinlik çəkən uşaqlara qarşı müəllimlər səbrli və anlayışlı davranmalı( ilk 1 ay çətin keçən dövrdür). Uşağın bəzi reaksiyalar verməsi təbii haldır. Gözləyin, narahat olmayın.

Müləq şəkildə valideynlərlə birlikdə işbirliyi etməlisiniz, valideynlərə məktəbə adaptasiya dövründə edilməsi vacib olanlar haqqında buklet hazırlaya bilərsiniz.

Şagirdlər əvvəlcədən məktəbə kiçik qruplar şəklində getirilib tanış ola bilər və birr yerdə vaxt keçirilə bilər.

Vacib olan məqamlarda isə məktəb psixoloqundan dəstək alına bilər.

mektebli

Valideynlər bu dövrdə nələr edə bilər?

Məktəb alış-verişini birlikdə edə bilər və məktəbi əvvəlcədən ziyarət edə bilərsiniz.

Məktəbə getmədən öncə uşağı  məktəbdə keçirdiyi vaxtla bağlı məlumatlandırmaq lazımdır. (məktəbə saat neçədə gedəcəyi neçədə məktəbdən çixacağı)

Uşağa qarşı anlayışlı olmalı, qayğı və narahatlıqlarını dilə gətirməsinə yardımçı olmalı.

Ailə içində məktəbdən danışarkən müsbət ifadələrdən istifadə etməliyik və məktəblə bağlı uşağa tuta biləcəyiniz sözlər verməlisiniz.

Məktəbdən qayıdarkən günün necə keçdiyini soruşmalı

Məktəbə adaptasiya dövründə uşağın sevdiyi bir oyuncağı bir müddət yanında aparmağa icazə verməli.

Məktəbə adaptasiya mövzusunda həddən çox çətinlik çəkən və ailəsindən qopa bilməyən uşaqlara mərlələi şəkildə uzaqlaşdırma metodu ilə məktəbə alışmasına kömək edə bilərsiniz.

 

Uşaq və yeniyetmə psixoloqu Nəzrin Cərullayeva

Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir