nuriyye

Uşaqların nənə-baba himayəsində olması hansı problemlər yaradır?

Baxış sayı: 429

Bəzi hallarda valideynlər məcburiyyət qarşısında qalaraq, bəzi hallarda isə öz istəkləri ilə övladlarını nənə-baba himayəsinə verirlər. Lakin bu, bəzən valideyn-övlad münasibətlərində müəyyən çətinliklər yaradır.  Nənə-baba tərəfindən tərbiyə edilən uşaqların əksəriyyətində ərköyünlük, eqoistlik, davranış pozuntuları müşahidə edilir. Bu cür uşaqlarda ana-ata öz qayda-qanunlarını qoya bilmirlər. Bu vaxta qədər nənə-baba tərəfindən hər istədiklərinə nail olan, “yox”, “olmaz” sözləri ilə qarşılaşmayan uşaq ana-atanın qadağalarına tabe olmaq istəmir. Cəza almamaq üçün isə yalanlar danışır.

nene-baba

Uşaq hər hansı bir şey istədikdə 2 fərqli və ziddiyyətli mövqe ilə qarşılaşır: bir tərəfdə “qadağalar qoyan” ana-ata, digər tərəfdə “güzəştə gedən” nənə-baba. Təhlil qabiliyyəti mükəmməl olmayan uşaq əlbəttə ki, doğru və yanlış, faydalı və zərərli olanın nə olduğunu dərk etmədiyi üçün ona xoş təsir edən seçimi edəcək. Çünki ata-anası tərəfindən bunun qəbul edilmədiyini bildiyi kimi ona dəstək olan nənə-babanın olduğunu da bilir. Bəzən hətta, bu cür situasiyalarla rastlaşdıqda uşaq ana-atanı onu sevməməkdə günahlandırır.

Nənə-baba himayəsində böyüyən uşaqlar – Bagcam.az

Hər bir uşaq ana-ata sevgisinə möhtacdır və bu sevgini tam olaraq başqalarından ala bilməzlər. Yaş artdıqda belə, bu, onlarda müəyyən boşluqlar yaradacaq, izlər qoyacaq. Əlbəttə ki, uşaq nənə-baba əhatəsində də olmalıdır. Bu cür uşaqlar daha ünsiyyətcil olur. Amma təlim-tərbiyə işini valideynlər öz öhdələrinə götürməlidir.

 

Nuriyyə Quliyeva

Peşəkar Psixologiya Mərkəzinin direktoru/ Klinik psixoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir