valideyn

Uşaqların təzyiqlə üzləşməsini müəyyən etmək üçün nə kimi tədbirlər görülə bilər?

Baxış sayı: 210

Fransada valideyni tərəfindən qətl edilən uşaqların statistikası açıqlanıb. Statistik göstəricilərdə qeyd olunub ki, hər il dünyada valideyn vicdansızlığı nəticəsində 72 uşaq öldürülür. Artıq dünya ölkələrinin sosioloqları bunun qarşısınının alınması yollarını axtarırlar.

Ən mükəmməl təklif isə ondan ibarətdir ki, uşaq olan hər bir ailəyə uşaq döyülərkən və ya incidilərkən onu hiss edə bilən həyəcan siqnalı quraşdırılsın. Həmin həyəcan siqnalını verəcək qurğu isə tam professional formada təchiz edilsin. Və həmin cihazılara aidiyyəti dövlət qurumları nəzarət etsin.

Göründüyü kimi, uşaqlara qarşı zorakılıq halları dünyanın hər yerinə mövcuddur. Maraqlıdır, uşaqların təzyiqlə üzləşməsini müəyyən etmək üçün Azərbaycanda nə kimi tədbirlər görülə bilər?

Sualımızı cavablandıran “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bildirir ki, bu məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib:

“Amma hələ ki, rəsmi olaraq heç bir cavab gəlməyib. Fikirləşirik ki, ümumiyyətlə, Azərbaycanda milli səviyyədə uşaq zorakılığının xəritələşməsi və prioritetləşməsi lazımdır. Bu zaman zorakılığın hansı formasının daha üstün olduğunu müəyyən etmək olar. Açıq və gizli zorakılıqlar var. Əslində bu cür zorakılıqlarla mübarizə aparmaq insanı bezdirib.

Bu zaman sual yaranır ki, belə hadisələr zamanı necə tədbirlər görə bilərik? Məsələn, pedoqoji heyət psixoloji məqamları nə dərəcədə bilir? Çünki məktəbdə zorakılıqlar baş verən zaman psixoloqların və pedoqoji heyətin bu duruma hazır olması lazımdır.

Ümumiyyətlə, uşaqlara qarşı olan zorakılığın statistikasına baxanda görürük ki, onu törədənlər adətən yaxın çevrədə olanlardır. Bizdə də statistika belədir-uşağın valideynləri yaxud da yaxınlığındakı insanlar zorakılıq əməlini törədirlər.

Avropa ölkələrində məktəblərdə xüsusi xüsusi qutular var. Uşaqlar başlarına gələn xoşagəlməz hadisəni yazıb həmin qutuya atırlar.

Azərbaycanda hazırda yalnız qaynar xəttlər var. Amma qaynar xəttin əlçatanlığı nə dərəcədədir? Hər uşaq götürüb zəng etmir. Hansısa ölkənin modelini tətbiq edirik, amma bu elə də effekt verməyə bilər. Ona görə də başqa alternativ yollar düşünmək lazımdır”.

 

Yeganə Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir