yatmaq

Uşaqların valideynləri ilə yatması problemə çevirilə bilərmi?

Baxış sayı: 204

İlk illər uşağın ata–anası ilə bir yerdə yatmasının heç bir qorxusu yoxdur. Xüsusilə, ilk aylarda ata-anasının yaxınlığını hiss etmək uşağın gələcək inkişafı üçün çox vacibdir. Ancaq 3 yaşından sonra uşaq ata-anası ilə yatmamalıdır. Ən azı ona görə ki, ata-anası ilə yatan uşaqlar valideynlərinə bağlı olurlar və belə uşaqlar cəmiyyətə də çox çətin uyğunlaşırlar. Əgər uşaq 3 yaşından sonra da valideynləri ilə yatmaq istəyirsə, bunun ilk səbəbi valideynlərinə bağlı olması və onları itirməkdən qorxmasıdır. Belə hallar işləyən anaların uşaqlarında daha çox müşahidə olunur. Belə ki, bütün gününü dayəsi ilə keçirən uşaq boşluğu bu yolla doldurmağa çalışır. Bütün bunlara baxmayaraq, problem 6 yaşına qədər həll olunmalıdır. Əks halda, uşaqda məktəb fobiyası kimi problemlərin olması təbiidir. Elə isə bu problemi necə aradan qaldırmaq olar?

Bir xəyalda qəribə səslər çıxarıram. Körpə gecə çox səs verir? Bir ...

Hər şeydən əvvəl uşağınızın niyə sizinlə yatmaq istədiyini başa düşməyə çalışın. Yəni, problem haradadır: otaqda, uşaqda, yoxsa sizdə… Problemin mənbəyini müəyyən etsəniz, onu həll etmək də asan olar.

Digər tərəfdən, otağı uşağınızın zövqünə uyğun bəzəyin. Həmçinin, unutmayın ki, qaranlıq otaq uşağı narahat edə bilər, otağı işıqlandırın. Uşağınız gecə qorxulu yuxu gördükdən sonra yanınıza gəlsə, “Niyə qalxdın?”, “Burada nə işin var?”, “Yoxsa, yenə qorxmusan?” kimi ifadələrə yol verməyin. Belə hallarda atacağınız ilk addım uşağa sevgi göstərmək və onu sakitləşdirməkdir. Üstəlik, belə hallarda onu tək yatmağa da məcbur etməyin. Ancaq o sizin yox, siz onun yatağında yatın. Uşaq yuxuya gedəndən sonra da yenə öz otağınıza qayıdın. Uşağınızın çox sevdiyi oyuncağı və ya əşyası varsa, onunla yatmasına icazə verin.

Digər tərəfdən, uşaq otağının yatmaq üçün əlverişli olub-olmadığını nəzərdən keçirin. Məsələn, səs-küy, işıq, otağın temperaturu, yatağın keyfiyyəti və s. Yeri gəlmişkən deyək ki, uşaq otağının temperaturu 17-24 dərəcə arasında olmalıdır. Uşaq otağı üçün nə alacaqsınızsa (döşəkağı, lampa, xalça və s.) uşağınızla bir yerdə alın. Beləliklə, uşağınızın otağına və yatağına daha asan alışmasına imkan vermiş olarsınız. Bundan başqa, uşağınız öz otağına alışdıqdan sonra onu mükafatlandırın. Ancaq bu mükafat da yataq otağı ilə bağlı bir şey olmalıdır. Məsələn, divar şəkilləri, zəngli saat və ya pijama kimi…

 

Hazırladı: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir