usaqlar

Uşaqlarına qarşı ən böyük CİNAYƏTLƏR: saatlarla məşq, cinsiyyət orqanını… – ŞOK

Baxış sayı: 1. 099

Bəzən valideynlər övladlarına həyat mənbəyi deyil, gəlir mənbəyi kimi yanaşırlar. Saatlarla onları məşqlərə, çəkilişlərə aparıb güclərini tükədirlər. Artıq çəki almasınlar deyə günlərlə yarımac saxlayırlar.

“Gencaile.az” “Publika.az”-a istinadən xəbər verir ki, tarix boyu axtalamadan sonra gənclərdə daha güclü, zəngin səs formalaşıb.

Amma dövrümüzdə bu tibbi prosedur qadağan olunub. Maykl Ceksonun uşaqlıqdan ona həm mənəvi, həm fiziki şiddət göstərən atası bu prosesi qanuni yolla gerçəkləşdirməyə can atırdı. Övladının yeniyetməlik dövründə səsi tutulmağa başlamadan, ona cinsiyyət orqanını axtalayan iynələr vurdurdu. Maykla bu iynələrin onu sızanaqlardan qoruyacağı deyilirdi.

Maykl və Hizer adlı cütlük də varlanmaq üçün öz övladlarını hədəf seçmişdilər. Həssas övladlarına mənəvi işgəncə verib videolar çəkir, yutub kanallarına yükləyirdilər. Kodi adlı oğullar üzərində bu mənfi təsir daha çox hiss olunurdu. Ev təmiz olduğu halda Kodini otaqları dağıtmaqda cəzalandırırdılar. Ağlayan balacanın həyəcanını 800 mindən çox insan izləyirdi. Valideyn vəhşiliyindən narahat olan insanlar artıq polisə müraciət edirdilər.

Maykl və Hizer kamera önündə övladlarına verdikləri əziyyətin sadəcə ssenari olduğunu bildirsələr də, məhkəmə onları valideyn hüquqlarından məhrum edib uşaqların himayəsini doğma analarına verir. Uşaqlar əvvəlki sakitliyə və rahatlığa qovuşurlar. Həmçinin məhkəmə prosesində məlum olur ki, azğınlaşmış cütlük azyaşlıların göz yaşları hesabına ayda 20 000 dollar qazanırmışlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir