sekil

Uşaqlarını satan ana, hovuza asit tökən ağ adam, çimərlikdə əli metrəli kişi – İNANILMAZ FOTOLAR

Baxış sayı: 1. 424

Gündəlik həyatın yaratdığı müxtəlif çətinlikləri həll etmək üçün insanlar bir çox kəşflər edir, layihələr hazırlayır. Ancaq cəmiyyətin içindən gələn bəzi insanlar gündəlik həyatda ətrafa problem yaratmağa çalışır. Tarix boyu belə insanlar mövcud olub və hələ də bu psixologiyaya sahib insanlara rast gəlmək olur. Tarixdə bu və bənzəri problemləri əks etdirən çox nadir fotolara rast gəlmək olar.

Sizə dünya ölkələrində insanların gündəlik problemlərə qarşı ağlınıza gələ biləcək ən maraqlı ideyalarını, kəşflərini əks etdirən fotoları təqdim edirik.

 

1. 1964-cü ildə Amsterdamda otel sahibi. Oteldə istirahət edən qaradərili müştərilərin üzdüyü hovuza asit turşusu tökür.

2. ABŞ-ın ən böyük şəhərlərindən biri 1948-ci ildə. Fotoda gündəlik dolanışığını təmin edə bilməyən qadın uşaqlarını satışa çıxarıb. Ana xəcalətindən üzünü gizlədir.

3. 1922-ci ildə amerikalı Emma Rid tərəfindən Vaşinqton ştatından “portativ uşaq qəfəsi” kimi adlandırılmış qurğunu patentini alıb. Uşaq qəfəsi yataqxanalarda yaşayan uşaqların kifayət qədər günəş işığı və təmiz hava almasını təmin etmək üçün kəşf olunub.

4. 1917-ci ildə tarixdə ilk dəfə Uolter Yeo estetik əməliyyat keçirib. Uolterə ilk dəfə üz dərisinin tranplantasiyası (nəqli) əməliyyatı tətbiq olunub.

5. 1920-ci illərdə bir çox dünya ölkələrində, hətta Braziliyada belə çimərlik geyimlərinin çox qısa olmasına görə qadınlara müəyyən miqdarda pul cəzası verilirdi.

6. Hitlerin əsgərləri süfrə başında 1941-ci ilin Milad bayramını qeyd edərkən.

7. Alcatraz həbsxanası San-Fransiskonun ən dəhşətli kaloniyalarından biri olub. Burada dünya ölkələrinin ən qatı cinayətkarları saxlanılıb. Buraya girən məhkumlar yalnız ölərək çıxır. Hətta həbsxana haqqında “Alcatrazdan Qaçış” adlı film də çəkilib. Bu cəhənnəm 1963-ci ildə xərclərin çox olması səbəbindən bağlanır. Həbsxananı tərk edən son məhkumlar. Çox güman ki, onlar da öldürülüblər.

8. İsveçrənin Geteborq əyalətində 1949-cu illərdə ayaqüstü qaralma prosesi. Bronzlaşma aparatı.

9. ABŞ-ın şimalında Miçiqan ştatında yerləşən Detroyt şəhərində 1929-cu ildə qanunsuz yolla əldə olunan spirtli içkilərə qadağa qoyulduqdan sonra içkilər bu şəkildə məhv edildi.

10. Kosmos uçuşunda həyatını itirən ilk rus kosmonavt olaraq tarixə düşən Vladimir Miailoviç Komarovun cəsədindən geriyə qalanlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir