teyyare

Uşaqlarla səyahətə necə çıxmalı?

Baxış sayı: 1. 242

Səyahət çoxlarının arzusu olsa da, bəzən gərgin iş qrafikinə görə gedə bilmir, bəzən də yetərincə pulu olmadığı üçün arzusunu ürəyində boğmalı olur.

Bir də uşaqlı analar var bunu özünə dərd edir. Tez-tez eşitmək olur bu şikayətləri: “Uşaqla necə səfərə çıxım axı?!”, “Bütün səfər burnumdan gələr” və s. Əksər qadınlar düşünür ki, uşaq onun əl-qolunu bağlayır, onunla nəinki səyahətə, heç əvvəl getdiyi restorana, kafeyə, dükana, hətta dostlarla görüşə də getmir. Yollar, iqlim və saat qurşağının dəyişməsi, təyyarə, avtobus, qatar, otel narahatlıq və gərginlik yarada bilir. İlk baxışda bütün bunlar bir balaca çətin ola bilər. Ancaq bu, səyahət etmək və bundan zövq almağa maneə olmasın gərək.

12165881 10207297688261018 665477610 n - "Uşaqla necə səfərə çıxım axı?!"

 

“SƏYAHƏT ETMƏK İSTƏ YƏNƏ UŞAQ ƏNGƏL OLMAMALIDIR”

12166146 10207297688461023 1819270193 n - "Uşaqla necə səfərə çıxım axı?!"Gənc ana Cəlalə Osmanlı 2 aylıq körpəsi ilə xarici ölkədə istirahətdə olub. Öz təcrübəsini bölüşərkən o bildirir ki, səyahət etmək istəyənə uşaq əngəl olmamalıdır.

“Övladın dünyaya gəlibsə, evə həbs olunmalı və ya sevdiyin nələrdənsə özünü məhrum etməli deyilsən. Bizdə adətən ana olmaq fədakarlıq, hər şeydən məhrum olma, evə qapılma, əzab-əziyyət kimi dəyərləndirilir. Halbuki elə deyil.”

Cəlalə deyir ki, uşaqla həyat əvvəlkindən fərqlənir, ancaq o qədər də dözülməz deyil.

“Körpəylə səyahətə çıxmaq əvvəlkinə bənzəmir. Sadəcə bilməlisən ki, hər şey planlaşdırdığın kimi getməyə, bütün günü istədiyin kimi əylənməyə bilərsən. Uşaqla səyahətə çıxmağın özü böyük işdir. Bunu bacarmısansa, özünü qoçaq və xoşbəxt hesab edə bilərsən.”

 

BƏZİ QAYDALARA ƏMƏL ET, YETƏR

12165828 10207297688421022 2097735660 n - "Uşaqla necə səfərə çıxım axı?!"

Dünyadakı səyahətdən yazan bloqçular, eləcə də səyahət saytları uşaqla səyahətə çıxmanın qaydalarını müəyyənləşdiriblər: təyyarədə rahat olmaq üçün uçuşu gecə saatlarına salmaq, uçağa minməzdən öncə uşağı yedirmək, onu tualetə aparmaq, ürəyi bulanan uşaqlar üçün çantaya limonlu, nanəli konfetlər atmaq və s. Təbii bunlar standart normalardır.

Qəhrəmanımız Cəlalə deyir ki, körpənin gecə yuxusu normallaşandan sonra onunla səyahətə çıxmaq olar.

“Yəqin heç kim istəməz gecələr yuxusuz qalıb günortalar yuxulamağı. Onda səyahətdən zövq ala bilməyəcəksiz. Belə deyək, əvvəl səyahət planlamasına iki gün ayırırdınsa, indi beş gün ayırıb, beş dəfə fikirləşməlisən.”

Səfər öncəsi Cəlalə uşaq həkimiylə məsləhətləşməyi lazım bilir. “Pediatr sizə səyahət vaxtı qarşılaşacağınız problemlərdən danışacaq və onlardan çıxış yolunu göstərəcək.”

 

HAVA LİMANINDA SİZİ HANSI ÇƏTİNLİKLƏR GÖZLƏYİR?

12165825 10207297688381021 1423623945 n - "Uşaqla necə səfərə çıxım axı?!"

Körpənin xarici pasportu varsa, onun təyyarə ilə getməsi üçün heç bir əngəl yoxdur. Cəlalə gənc analara hava limanında bəzi çətinliklərdən qaçmaq üçün bunlara diqqət etməyi tövsiyə edir.

“Ana və atanın soyadı eyni deyilsə, bir balaca çətinlik yarana bilər. Uşağın anası olduğunu sübut etmək üçün onun kimliyini özünüzlə götürün. Eləcə də, səfərə gedəndə kolyaska da önəmlidir, təyyarəyə qədər uşağı kolyaskada aparmaq olur.”

Cəlalə vurğulayır ki, həm hava limanında, həm də təyyarədə uşağın bezinin dəyişdirilməsi üçün şərait var: “Sadəcə, bizim hava limanında digər ölkələrdəkindən fərqli olaraq, bu şəraiti niyəsə əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş tualetdə yaradıblar. Bunu da təsadüfən ordakı təmizlikçidən öyrəndik. Uşağın buna ehtiyacı olarsa, təmizlikçidən xahiş etmək lazımdır ki, qapını açsın. Çünki qapı çox vaxt kilidli olur. Bunu da analar yadda saxlasın.”

 

“EVDƏN KƏNARDA DA ANA OLMAĞI BACARMAQ LAZIMDIR”

12170415 10207297688301019 1945305285 n - "Uşaqla necə səfərə çıxım axı?!"

Təcrübəli səyahət yazarları uşaqla səfər zamanı təyyarədə, avtobusda, gəzintidə slinqlərdən (körpəni ana qucağına bağlayan kəmər-red) istifadə etməyi tövsiyə edir. Cəlalə də bunun asan vasitə olduğunu və çox işə yaradığını deyir.

“Bir də gördünüz, uşaq kolyaskadan sıxıldı. Qucaqda olmaq, ətrafa baxmaq istəyir. Bu baxımdan, slinq çox faydalıdır, mən də səfərim zamanı ondan yararlandım.”

Slinqin önəmimdən danışarkən, Cəlalə onun uşağa yardımçı əl olduğunu bildirir.

“Kenquru”dan fərqli olaraq “slinq” yeni doğulmuş uşaqlar üçün idealdır və onda uşaq həm uzana, həm otura, həm yata, hətta yemək də yeyə bilir”.

12165932 10207297688341020 1111019636 n - "Uşaqla necə səfərə çıxım axı?!"

Gənc ana körpəylə səyahətin dadını çıxarmaqçün onu çox erkən vaxtdan bəzi vərdişlərə alışdırmağı vacib bilir.

“Sadəcə evdə yox, kənarda da ana olmağı bacarmaq lazımdır. Körpənizlə istənilən şəraitdə, istənilən yerdə bərabər vaxt keçirin. Qoy həyətdə, küçədə səs-küyə, insanlara, ünsiyyətə alışsın. Buna alışmış körpə səyahət zamanı restoranlarda, diskolarda, şou proqramlarda yuxudan zövq alacaq, siz də günün dadını çıxardacaqsız.”

 

PLANLI, MƏSULİYYƏTLİ VƏ DİQQƏTLİ

Uşaqla səyahətə çıxanlar qeydlərində bunun insana çox şey öyrətdiyini yazırlar. Cəlalə də təsdiqləyir bunu. Deyir uşaqla səyahət sonradan düşünəndə sənə zövq verən, üzünü güldürən imtahandır.

“Bacardığını düşünmək adam12168043 10207297688221017 1429869760 n - "Uşaqla necə səfərə çıxım axı?!"ı xoşbəxt edir. Üstəlik, çox şey öyrədir. Məsələn, gündəlik həyatda bizə lazım olmayan şeylərə səyahətdə diqqət edirik. Adicə uşağın yemək vaxtlarını yadda saxlamaq ehtiyacı yaranır. Bu da sənin çox şeyi planlı şəkildə etməyinə kömək edir.”

Cəlalə öz təcrübəsindən gəldiyi nəticəni gənc analarla bölüşür.

“Övladınızın olması əl-qolunuzu bağlamasın. Əvvəlki həyatınıza davam edin, heç nədən vaz keçməyin. Hətta o çox zövq aldığınız səyahətdən belə. Bunun üçün ikiqat planlı, məsuliyyətli və dəqiq olmaq kifayət edir.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir