ev

Uşaqlı evin təmizliyində 9 əsas məqam

Baxış sayı: 148

Uşaqlı ev deyiləndə həmin an gözümüzün qarşısında dağınıq bir mənzərə canlanır. Və bu dağınıq evin təmizliyi də uşaqlara görə daha da gigiyenik olmalıdır. Xüsusilə də, əgər uşaq iməkləmə dövründədirsə evin təmizliyinə daha da diqqət olunmalıdır. Bütün bunları nəzərə alaraq uşaqlı evin təmizliyi barədə 9 məqamı sizinlə bölüşürük.

1. Bağlı yerlər mikrobların ən çox toplandığı yerlərdir. Təmizliyi təmin etməyin ən əsas yolu evin havasının dəyişdirilməsindən keçir. Yay-qış, soyuq-isti demədən, mütəmadi olaraq evin bütün otaqlarının havasını dəyişdir. Xüsusilə də, səhər tezdən ilk saatlarda və günboyu bir neçə dəfə mütləq içəri təmiz havanın gəlməsini təmin et.

2. Az əşya təmizlik prosesini asanlaşdırır. Daha təmiz, gigiyenik bir ev istəyirsənsə uşağın otağında, ümumiyyətlə evdə daha çox boş yer saxla. Bu zaman ev daha tez təmizlənəcək və uşağın rahat oynaması üçün daha çox imkan vermiş olacaqsan.

3. Uşaqlara balacalıqdan özlərinə aid olan otağınmı, əşyanınmı və ya hər hansı bir şeyin məsuliyyətinin onlara aid olduğu düşüncəsini aşılamaq lazımdır. Oyuncaqlarını, kitablarını və ya stollarını özləri səliqəyə salsalar, sən də, digər təmizlik işlərini rahat və daha gigiyenik şəkildə etmiş olarsan.

4. Evdə gigiyenanın ən tez çirkləndiyi yer mətbəx, hamam və tualetdir. Ev dağınıq olsa da bu yerlər mütləq təmiz saxlanılmalıdır. Çünki bakteriyaların daha çox inkişaf etdiyi məkanlardır və onlar da təmiz olmalıdır. Bunun üçün marketlərdə hər büdcəyə uyğun təmizləyici vasitələr var. Onlardan istifadə edə bilərsən. Amma bu vasitələri uşaqların əlləri çatmayacağı yerdə saxlamaq məsləhətlidir. Evdə əlinin altında olan vasitələrdən də istifadə edə bilərsən. Məsələn, duşun baş hissəsi çirkdən kirəc bağlayıbsa, ondan yaxa qurtarmaq üçün bir paketə alma sirkəsi tök və başlığı sarıyıb 1 saat gözlə. Və nəticədə ləkələrdən canın qurtaracaq.

5. Uşaqlı evlərdə daha asan olması üçün mikrodalğalı soba istifadə edilir ki, o da bir müddət sonra çirklənir və yağ bağlayır. Mikrodalğalı sobanı təmizləməyin ən sadə yolu nəm dəsmalı sobaya qoyub 3-5 dəqiqə sobanı işlətməkdədir. Eyni zamanda kağız dəsmalla da sobanın içini silmək yaxşı nəticə verir.

6. Əllər gündəlik həyatımızda təmizlik üçün çox vacib amillərdəndir. Evə gələrkən bütün ailənin hər birinin əllərini təmizləməsi çox vacibdir. Əlləri sabunla ilıq suda yumaq və bütün barmaq aralarının tam şəkildə qurulanması gigiyenik cəhətdən evə təmizlik bəxş

edəcək.

7. Əgər uşaqda allergiya varsa təmizliyə daha çox diqqət yetirmək lazımdır. Buna görə də mümkün olduğu qədər evdə xalça, tüklü və yunlu əşyalar istifadə edilməsə yaxşı olar. Əgər xalça istifadə olunsa onun antialergik təsirə malik olmasına diqqət etmək lazımdır.

8. Əşyaları qutu və səbətlərə yığarkən ayırmaq evin daha təmiz və səliqəli olmasına şərait yaradar. Uşağın bezlərini bir qutuya, əmzik və süd süşəsini bir səbətə qoysan daha yaxşı olar.

9. Enerjini böyük təmizlik üçün xərcləməli olmadığını unutma. Səndən sevgi, nəvaziş gözləyən uşağın var və onunla yaxşı zaman keçirtməyə çalış. Bu püf nöqtələrə əməl etsən daha gigiyenik və təmiz evə sahib ola bilərsən. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir