Uşaqlıqda çox şirniyyat yeyənlər gələcəkdə cinayətkar olur?

Baxış sayı: 1. 515
Uşaqlıqda hər gün şokolad və şirni yeyən uşaqlar sonralar – yetkin həyatlarında aqressiv olurlar. Böyük Britaniyanın Kardiff universitetinin (Cardiff University) alimləri tərəfindən aparılmış tədqiqatın nəticələri bunu deyir. Tədqiqata həyat tərzi 10 il ərzində sənədləşdirilmiş cinayətkarlar cəlb olunublar. Məlum olub ki, tədqiqatın zorakı əməllərə görə məhkum edilmiş 29-34 yaş arası obyektlərindən 69 faizi uşaq vaxtı, demək olar ki, hər gün konfet yeyibmiş. Müqayisə üçün söyləyək ki, qeyri-zorakı qanun pozuntularına görə məhkum edilmişlərin yalnız 42%-i uşaqlıqda müntəzəm surətdə şirni ilə təmin olunub.
Qəddarlıqla şirni qəbulu arasında qanunauyğunluq hətta bütün başqa amillər nəzərə alındıqdan sonra belə saxlanılırdı. Alimlərin rəyinə görə uşaqlara şirni və şokolad yedirdilməsi onlarda impulsiv davranışın inkişafına rəvac verir, bu cür davranış isə cinayətlərlə olduqca sıx surətdə əlaqədardır. Digər ehtimallara görə, şirnilər tərkibindəki qida əlavələrinə və ya qandakı şəkərin miqdarını tez-tez dəyişdirdiyinə görə öz-özlüyündə problemlər yaratmağa qadirdir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir