cizgi filmi

Uşaqlıqdan indiyə qədər unutmadığımız cizgi film qəhrəmanları

Baxış sayı: 1. 141

Casper

Kasper yardımsevər və əyləncəli bir ruhdur, amma insanlar ondan qorxurlar. Kasper buna görə çox məyus olur, o, insanları qorxutmaq yox, onlara yardım etmək niyyətindədir.

 

Teenage Mutant Ninja Turtles

Renesans dövrünün rəssamlarının adı verilmiş 4 tısbağanı siz də xatırlayırsınız yəqin ki. Göy bandanalı Leonardo, bənövşəyi bandanalı Donatello, narıncı bandanalı Mikelancelo və qırmızı bandanalı Rafael uşaqlığımızın əvəzolunmaz qəhrəmanları idilər.

 

Red Kit

Red Kit öz kölgəsindən də tez silah çəkən kovboydur. Yaşadığı macəralarda daltonlar və bütün günahkarlar üçün kabusdur.

 

Bugs Bunny

Həmişə kök yeyən ağıllı dovşanı tanımayan 90-lar uşağı yoxdur. Kök axtarışları hər dəfə ona yeni macəralar yaşadır və hər seriyasında bizi güldürməyi bacarırdı.

 

Garfield

O, uşaqlığımızın sevimlisi, lazanya yeyən tənbəl pişikdir. Heç bir iş görməyən, ancaq, yemək və yuxu arzulayan şirin varlıq.

 

Cedric

“8 yaşındasınızsa və aşiqsinizsə həyat çox gözəldir” ifadəsini bizə əzbərlətdirən qəhrəman Sedrik idi. Onun məktəbdə yaşadıqlarını, babası ilə olan dialoqlarını hamımız az da olsa xatırlayırıq.

 

Conan the Adventurer

Bu cizgi filmi 1992-1993-cü illərdə çəkilmişdir. Macəralarını sevə-sevə izlədiyimiz cəsur qəhrəman Konanı hər gün ekran qarşısında gözləyirdik.

 

Princess Sheherazade

Giriş mahnısını əzbərlədiyimiz “Şahzadə Şəhrizad” siyahımızda mütləq yer almalı idi. 1996-cı ildən 1998-ci ilə qədər çəkilişləri davam etmiş bu cizgi filmi 1 sezon və 52 seriyadan ibarətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir