Uşaqsız ailə daha xoşbəxtdir?

Baxış sayı: 1. 460
Evli cütlüklərin çoxu ilk övladlarının dünyaya gəldiyi günü həyatlarının ən xoşbəxt günü kimi xatırlayırlar. Amma nə qədər qəribə də olsa, elmi araşdırmaların nəticələri uşaqsız nikahların daha xoşbəxt olduğunu deyir.Belə ki, Britaniya universitetinin keçirdiyi sorğu göstərib ki, uşağı olmayan kişi və qadınlar özlərini nikahda daha yaxşı hiss edirlər, uşaqlı ailələrdən fərqli olaraq ər-arvad bir-birilərinə daha çox dəyər verdiyindən, ailə münasibətlərindən mənmundurlar.

Psixoloqların və sosioloqların suallarını 5000-dən çox insan cavablandırıb. Və valideyn olanlardan fərqli olaraq, uşaqsızlar nikahlarını yüksək qiymətləndiriblər.Uşaqzıs cütlüklər bir-birilərinə daha çox vaxt ayırmağa, daha çox danışmağa, eşitməyə, birlikdə gəzməyə hazırdırlar. Anaların və ataların isə buna, sadəcə, vaxtları çatmır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir