uzum ceyirdeyi

Üzüm çəyirdəyi yağının faydaları

Baxış sayı: 567

Üzüm çəyirdəklərindən alınan yağ unikal tərkibə və faydalı xüsusiyyətə malikdir. Qədin zamanlardan üzüm çəyirdəyi yağından qida və kosmetik vasitə kimi istifadə edilib. Bu yağın qədim dövrlərdə isitifadə edilməsinə dair arxeoloji qazıntılar zamanı sübutlara rast gəlinib.

Misirdə və Qədim Yunanıstanda aparılan arxeoloji qazıntılar zamanı qəbirlərdə üzüm çəyirdəyinə və ondan alınan yağ qalıqlarına rast gəlinib. Ondan İtaliya və Fransada kosmetologiya sahəsində daha çox istifadə edilir. O saçları parıldatmaq üçün istifadə edilən vasitələrə əlavə edilir. Üzüm çəyirdəyi yağından xalq təbabətində də istifadə olunur. Üzüm çəyirdəyi yağından sabunların bişirilməsi, kremlərin və dırnaq boyalarının hazırlanması zamanı istifadə olunur. Üzüm çəyirdəyi yağının alınması ilə ən çox Fransa, İspaniya, Argentina və İtaliya üzümçüləri məşğul olurlar. Indi iki üsulla üzüm çəyirdəyi yağı əldə olunur. Bunlartda biri soyuq üsulla(sıxma yolu ilə), digəri isə qaynar üsulla(ekstraksiya yolu ilə) tətbiq olunur. Soyuq üsulla üzüm çəyirdəyi yağı əldə edildiyi zaman yağın tərkibində olan vitamin, mineral və elementlərin miqdarı dəyişməz olaraq qalır.

 

Necə seçməli?

Alarkən soyuq üsulla əldə oilunmuş yağı almaq məsləhət görülür, çünki, qaynar üsulla yağ əldə edilən zaman istinin təsirindən yağın tərkibində olan faydalı maddələrin tərkibi dəyişir. Şüşə qabda satılan yağa üstünlük vermək lazımdır.

 

Qida sənayesində tətbiqi

Qida sənayesində üzüm çəyirdəyi yağından ətlərin, balıqların və tərəvəzlərin qızardılmasında geniş istifadə edilir. Onu şorbalara və kartof püresinə də əlavə eləmək olur. 100 qram üzüm çəyirdəyi yağının tərkibində 884 kKalori var.

 

Faydalı tərkibi

Üzüm çəyirdəyi yağının qidalılıq dəyəri çox yüksəkdir. Ondan istifadə eləmək bir çox xəstəliklərin baş verməsinin qarşısını alır. Bu yağın tərkibində çoxlu miqdarda makro və mikro elementlər, doymamış yağ turşuları, vitaminlər, flavonoidlər, qətran maddəsi, fitosterol, fitonsidlər, enzimlər, xorofillər var. Üzüm çəyirdəyi yağının tərkibində Omeqa6 yağı var. Bu yağın demək olar ki, 60%-ini təşkil edir. Yerdə qalan 30% isə Omeqa9, Omeqa3 və palmit yağının payına düşür. Üzüm çəyirdəyi yağının antioksidant təsiri çox böyükdür. Buna səbəb isə onun tərkibində A, C və E vitaminlərinin çoxlu miqdarda olmasıdır. Bu yağ orqanizmdə sərbəst radikallara qarşı mübarizə aparır, iltihab, şiş və skleroz əleyhinə təsir göstərir. Tərkibində olan bioloji aktiv maddələr qadın hormonlarının( estreadiol) artmasına səbəb olur. Üzüm çəyirdəyi yağı qaraciyər funksiyasının yaxşılaşmaslına səbəb olur, qan və limfa sisteminin mikrosirkulyasiyasını yaxşılaşdırır, kollagenlərin artmasına səbəb olur. Tərkibində orqanizm üçün faydalı maddələrin olmasına görə bu yağdan bir çox xəstəliklərin müalicə və profilaktikaslnda istifadə olunur. Üzüm çəyirdəyi yağı ürək-damar xəstəlikləri üçün faydalı sayılır. Ondan istifadə eləmək damar divarlarının möhkəmlənməsinə və elastikləşməsinə səbəb olur. Bu yağ qanda pis xolesterinin miqdarının azalmasına və damarlarda toplanan piy cisimciklərinin əriməsinə səbəb olur. Üzüm çəyirdəyi yağı vena və arteriyalarda olan iltihabi xəstəliklərin sağalmasına, tormb əmələ gəlmənin qarşısının alınmasına səbəb olur.

Üzüm çəyirdəyi yağından aşağıdakı məqsədlərlə istifadə edilir:

* massaj üçün yağlar
* dodaq balzamları
* günəş yanıqlarına qarşı kremlər
* kişilər üçün üz losyonları
* aromaterapiya yağları
* saçlar üçün maskalar
* ev sabunları
* applikasiya maskaları
Zərəli xüsusiyyətləri

Üzüm çəyirdəyi yağının zərərli xüsusiyyətləri barədə heç bir yerdə qeydlərə rast gəlinməyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir