yuxu

Uzun məsafələrə avtomobil sürməkdən ləzzət almağın yolları

Baxış sayı: 708

İstirahət günləri və ya bayramlarda rayona getmək qərarına gəlmisiniz? Yolboyu yorulmaq istəmirsinizsə, bu yazını sona qədər oxuyun.

Əgər şəxsi avtomobilin varsa, bilirsən ki, şəhərin girişi və çıxışındakı tıxaclar adamın əsəblərini tarıma çəkir. Bundan sonra isə sizi uzun yol gözləyir…Yorulmamaq və bu zamanı xeyirli keçirmək üçün aşağıdakı məsləhətləri yadda saxlayın.

 

1) Podkastlara və ya audiokitablara qulaq as 

Maşında musiqiyə yox, podkast və ya audiokitablara qulaq asmağa çalış. Süjet sizi düşünməyə və yorulmamağa söv qedir. Podkastdan gələn səs isə bir insanla söhbət etmək təəsüratı yaradır. Qeyd etmək lazımdır ki, audiokitablar yalnız əsərlərlə bağlı deyil, siz sürə-sürə ingilis dili də öyrnə bilərsiniz.

 

2) Kafelərdə saxla

Böyük ehtimal yolboyu sənin sevdiyin və həmişə yanında saxladığın bir kafe və ya restoran var. Həmçinin, qeyd etmək lazımdır ki, bu cür iaşə obyektlərində yeməklər adətən dadlı və keyfiyyətli olur. Əks təqdirdə, ora heç kim gəlməz və kafe batar.

Bəli, yolu bu kafe və ya restoranların köməyi ilə bir neçə hissəyə bölmək olar.

3) Rahat paltar geyin

Uzaq məsafələrə sürərkən çalış geydiyin paltarlar rahat olsun. Çünki oturaq vəziyyətdə olmağın ən əsas problemə aşağı nahiyyələrdə qan dövranının pozulmasıdır. Ayaqlarında xüsusi kompression qolflar geyin. Hal-hazırda bu fikri bəyənməsən də, üç-dörd saat avtomobil sürdükdən sonra özün qolf axtaracaqsan.

 

4) Yola çıxmazdan bir neçə gün əvvəl kofe içməyi azaldın

Uzun yola çıxmazdan bir neçə gün əvvəl kofe içməyi buraxsan, maşın sürərkən içdiyin bir fincan kofenin təsiri daha effektiv olacaq. Bu zaman sənin diqqətin daha cəmləşmiş, əhvalın isə yüksək olacaq.

Həmçinin yol boyu az maye qəbul etməyə çalış. Əks təqdirdə, yol boyunca gördüyün hər kafenin qarşısında saxlamalı olacaqsan.

 

5) Yol yoldaşının başını qat

Əgər yola tək çıxmamısansa, çalış ona bir məşğuliyyət tap. Qoy o, naviqator kimi işləsin və ya yanında saxlayacağınız kafe barədə məlumat toplasın. Arakəsmələr axtarsın, yol nişanları barədə xəbər versin və s.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir